02 dekabr 2022 22:31
1299

“Qarabağ” “Neftçi”ni darmadağın edir - YENİLƏNİB

“Qarabağ”dan 4-cü qol. Kadi Borxüs 83-cü dəqiqədə fərqlənir.

***

“Qarabağ” 3-cü qolu burdu. Ramil Şeydayev 67-ci dəqiqədə fərqləndi.

***

“Qarabağ” ikinci qolu vurdu. Zubir 60-cı dəqiqədə fərqləndi.

***

“Qarabağ” hesabı açdı. Kadi Borxes 37-ci dəqiqədə fərqləndi.

***

Oyun başladı.

***

Bu gün Azərbaycan Premyer Liqasında 16-cı tura start verilib. 

“İki sahil” xəbər verir ki,  ilk oyun günündə bir qarşılaşma baş tutub.

Lider “Qarabağ” səfərdə əzəli rəqibi “Neftçi” ilə üz-üzə gəlir. Azərbaycan derbisini Elçin Məsiyevin rəhbərlik etdiyi hakimlər briqadası idarə edir.

Bu turun “Qəbələ” – “Səbail” və “Sabah” – “Şamaxı” oyunları dekabrın 3-də, “Kəpəz” – “Sumqayıt” və “Zirə”– “Turan Tovuz” görüşləri isə ayın 4-də keçiriləcək.

Azərbaycan Premyer Liqası
16-cı tur
2 dekabr

“Neftçi” – “Qarabağ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev.
Hakim-inspektor: Ömər Paşayev.
Bakı. “Bakcell Arena”, 21:00.