02 dekabr 2022 15:27
526

Dünya çempionatları tarixində yeni rekord

İspaniya millisinin futbolçusu Rodriqo Hernandes (Rodri) dünya çempionatları tarixində yeni rekord müəyyənləşdirib.

"İki sahil" "Opta"ya istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi buna ötən gecə DÇ-2022-nin qrup mərhələsinin 3-cü turunda Yaponiya ilə matçda (1:2) nail olub. Rodriqonun verdiyi 215 qol ötürməsindən 204-ü (94,88 faiz) dəqiq alınıb. Bu isə rekord göstərici deməkdir. 

Xatırladaq ki, Rodriqo 2018-ci ildən İspaniya millisinin üzvüdür.

Qeyd edək ki, İspaniya Yaponiyaya məğlub olsa da, qrup 2-cisi kimi 1/8 finala adlayıb. Komanda bu mərhələdə Mərakeş ilə qarşılaşacaq.