02 dekabr 2022 15:11
598

"Qarabağ" böyük potensiala malik klubdur- Avropa Parlamentinin deputatı

"Qarabağ" böyük potensiala malik və yaxşı təşkil olunmuş klubdur".

“İki sahil” xəbər verir ki, bunu Avropa Parlamentinin deputatı Tomaş Poreba şəxsi tviter hesabında yazıb.

"Veçista" komandasının baş məşqçisi Dariuş Marzek və onun köməkçisi Yanusz Svieradın "köhlən atlar"da təcrübə keçməsinə yardımçı olan Poreba bunun üçün şad olduğunu bildirib.

Qeyd edək ki, mütəxəssislər noyabrın sonunda bir həftəlik Bakıya gəliblər.