22 noyabr 2022 22:24
430

Din amilindən öz xarici siyasətinin aləti kimi istifadə edən İran

İran İslam Respublikasının Azərbaycana qarşı riyakar davranışları davam etməkdədir. 30 il müddətində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyib, digər yandan təcavüzkar Ermənistana dəstək verərək etibarsız qonşu olduğunubir daha  nümayiş etdirir. Qarabağ münaqişəsinin bitməsindən sonra iki ölkə arasında sülhün əldə edilməsini açıq-aşkar əngəlləyir, Zəngəzur dəhlizinin reallaşdırılmasına mane olmaq üçün əlindən gələni edir.

Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olduğu illər  ərzində bu ərazilərdə bütün infrastruktur, mədəniyyət, dini obyektlər, vətəndaşlara və dövlətə məxsus mülklər dağıdılıb, təbii sərvətə ölçüyəgəlməz zərər vurulub. Tehranın 30 ilə yaxın bir müddətdə erməni işğalında olan Azərbaycan ərazilərinin talan olunmasında İranın  birbaşa iştirakı hər kəsə məlumdur. İşğalçı ölkə olan Ermənistan Qarabağda sökdüyü evləri tikinti materialları kimi İrana satırdı. Meşələrin qırılması və onların İrana daşınması da hər kəsə bəlli idi.

Din amilindən sadəcə öz xarici siyasətinin aləti kimi istifadə etməyə çalışan İran, hər zaman İslam birliyindən və həmrəyliyindən dəm vurur, özünü dünyamüsəlmanlarının bir nömrəli təəssübkeşi kimi qələmə verməklə, sözləri ilə əməlləri heç bir halda üst-üstə düşmür.

Azərbaycan Respublikası kimi özünə hörmət qoyan, qonşuluqda etibarlı, üzərinə götürdüyü öhdəliklərə sadiq ölkə ilə qonşuluğun, əməkdaşlığın qədir-qiyməti bilinməliydi. BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmiş, Qoşulmama Hərəkatına sədrlik edən, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş hesab olunan və bütün dönəmlərdə humanitar xarakterli qlobal təşəbbüslərlə çıxış edən Azərbaycan Respublikası ilə hədə-qorxu, təhdid üslubunda qanacaqsız davranmaq heç kimsə fayda gətirməz. Üstəlik, öz torpaqlarını hərbi-siyasi yolla azad etmiş, Rəşadətli Silahlı Qüvvələrə malik ölkədən danışırıq. Azərbaycanın 44 günlük müharibədəki Zəfəri Ermənistandan çox İranı narahat edirdi . 

Hər zaman ölkəmiz İranla sıx əməkdaşlığa önəm verib. Çünki əhalisinin böyük hissəsi, 30 milyon nəfəri azərbaycanlılardan ibarət olan bu ölkə ilə müstəqil Azərbaycan dövlətini mədəni və mənəvi dəyərlər bağlayır.Buna görə ötən müddət ərzində ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən çoxsaylı ikitərəfli sənədlər imzalanıb.Bütün bunlara nəzərə alsaq İran digər məsələlərlə yanaşı din amilindən sadəcə öz xarici siyasətinin aləti kimi istifadə edib. Hər zaman İslam birliyindən və həmrəyliyindən dəm vuran, özünü dünya müsəlmanlarının bir nömrəli təəssübkeşi kimi qələmə verən İran tərəfinin sözləri ilə əməlləri heç bir zaman üst-üstə düşməyib .

İran İslam dəyərlərini təhqir edən, barbarlıq törədən Ermənistanla daha sıx əlaqələr, münasibət qurub. Bu isə bir İslam ölkəsinin siyasi, mənəvi davranışları ilə uyğunluq təşkil etmir. Əkisnə fundamental İslam dəyərləri ilə ziddiyyət təşkil edir.

İran açıq təhdidə keçirsə, ona uyğun da münasibət görəcək. Orada yaşayan insanların, o cümlədən də azərbaycanlıların hüquqlarına hörmətlə yanaşsın.

Azərbaycandan İrana qarşı heç bir təhdid və ya təhlükə yoxdur. Hətta İrana qarşı sanksiyaların ən sərt dövründə Azərbaycan bu prosesə qoşulmadı və bu ölkə ilə əlaqələrinə heç bir məhdudiyyət tətbiq etmədi.

Bütün əsassız iddia və təhdidlərə baxmayaraq, Azərbaycan tutduğu haqlı mövqeyindən bir addım da geri çəkilməyəcək.

Aliyə Oruvova,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı