22 noyabr 2022 17:19
413

Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycan dövlətinin siyasi istinadgahıdır

Yeni Azərbaycan Partiyası gündən-günə qüdrətlənən müstəqil Azərbaycan dövlətinin  siyasi istinadgahıdır, yeni reallıqlar yardan dövlətin möhtəşəm siyasi qurumudur, siyasi səhnəmizin alternativsiz və yeganə güc mənbəyidir. İnkişafın zirvələrinə doğru inamla addımlayan ölkəmizin siyasi islahatlar sahəsində ən müasir təcrübəni tətbiq etməsi aparılan uğurlu siyasətin prioritet istiqamətlərindəndir. Yeni Azərbaycan Partiyasının VII Qurultayı Parezident Cənab İlham Əliyevin geniş vüsət alan islahatlarının siyasi sferaya nüfuz etməsinin bariz nümunəsidir. Yeni Azərbaycan Partiyasının hər bir Qurultayı ölkəmizin ictimai-siyasi həyatında böyük əhəmiyyət kəsb edir, lakin 2021-ci ilin mart ayının 5-də keçirilən VII Qurultay daha çox tarixi önəm daşıyır. VII Qurultay ona görə tarixi hadisədir ki, burada qəbul olunan müdrük qərarlar Prezident Cənab İlham Əliyev tərəfindən həyata keçrilən geniş miqyaslı islahatların siyasi müstəvidə davamıdır. Qurultayda siyasi islahatlar istiqamətində önəmli addımlar atıldı, strukdur dəyişiklikləri və yeniliklər yekdilliklə qəbul edildi. Partiyamız zamanın nəbzini tutmaqla yeniləşməyə və təkmilləşməyə kökləndi, siyasi həyatımıza yeni dinamika və canlanma bəxş etdi. VII Qurultayda qəbul olunan qərar və dəyişikliklər Yeni Azərbaycan Partiyasının fəaliyyətini yeni mərhələyə yüksəldərək onun idarəetmə mexanizmini daha da çevikləşdirir və optimallaşdırır.

Cənab Pzezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda siyasi islahatların yeni mərhələsi uğurla davam edir, əməkdaşlıq mühütü güclənir, siyasi və milli həmrəylik möhkəmlənir, ölkədə sağlam iqtidar-müxalifət münasibətləri yaranmışdır. Yeni Azərbaycan Partiyası dövlətimiz üçün önəmli və prinsipial olan məsələlərin dialoq yolu ilə həll olunmasını vacib sayır, bütün siyasi qüvvələri disskusiyalara, birgə müzakirələrə dəvət edir, partiyalar arasında milli vəhtdəti və həmrəyliyi gücləndirməyə çalışır. Dialoqdan böyun qaçıran partiyalar hansısa dairələrin çirkin maraqlarına xidmət edir, onların əlində siyasi oyuncağa çevrilir.

Qurultayda 6 siyasi partiyanın Yeni Azərbaycan Partiyasına qoşulması ölkəmizdə siyasi dialoq mühütünün daha dərinləşməsinin göstəricisidir, aprılan siyasi islahatların müsbət nəticəsidir. Qarşıdakı zaman kəsiyində ideoloji prioritetləri yaxınlıq təşkil edən siyasi partiyaların Yeni Azərbaycan Partiyasına birləşmək ehtimalı böyükdür. İqtidara və hakim partiyaya inamın təsdiqinə çevrilən bu cür birləşmələr davam edəcək və demokratik sistemin formalaşmasına böyük töhvə olcaqdır.

Yeni Azərbaycan Partiyasının VII Qurultayında partiyanın Sədri cənab İlham Əliyev 6 siyasi partiyanın YAP-a qoşulmasını uğurlu addım kimi qiymətləndirmişdir: Bizim dost partiyaların bu gün partiyamıza qoşulması çox önəmli, əlamətdar hadisədir. Bu siyasi sitemimizin təkmilləşməsi istiqamətində atılan növbəti addımdır və eyni zamanda göstərirki, partiyamızın məramı, proqramı, fəaliyyəti və əldə etdiyi nailiyyətlər dost partiyaları üçündə cəlbedicidir. "Əminəmki bir neçə partiyanın Yeni Azərbaycan Partiyasına birləşməsi partiyamızı gücləndirəcəkdir".

İsmayıl İbrahimov,

YAP Hacıqabul rayon təşkilatının sədr müavini