Ölkənin cənub-qərb bölgəsinin zirvəsi hesab olunan Kəlbəcər rayonu dəniz səviyyəsindən 1500-3800 metr yüksəklikdə, Tərtər çayı vadisində - Kiçik Qafqazda yerləşir. Kəlbəcər rayonu antik dövrün abidəsi olmaqla, çox zəngin flora və faunası olan bir təbiət muzeyidir. Kəlbəcər rayonu Azərbaycanın ən mənzərəli və şəfa mənbəli rayonlarından biridir. Burada tanınmış İstisu və digər çoxsaylı mineral bulaqlar, qızıl da daxil olmaqla, saysız-hesabsız təbii sərvətlər yerləşir. Kəlbəcər təbiətində dünyada nadir sayılan dərman bitkiləri və ağaclar da yer alır.
Azərbaycanın ərazi etibarilə ən böyük rayonu olan Kəlbəcər müharibənin ilk vaxtlarından ölkənin bir nömrəli strateji nöqtəsi sayılırdı. Qarabağın “qala qapısı” adlanan Kəlbəcərin işğalı ilə Ermənistan və Dağlıq Qarabağdakı separatçı rejim 3700 metr hündürlükdə olan Murov yüksəkliyini ələ keçirmiş, həmçinin Dağlıq Qarabağla Ermənistan arasında ən yaxın quru yolu açılmışdı. Ermənistanla böyük sərhədi olan Kəlbəcər Azərbaycan üçün çox ciddi strateji əhəmiyyət daşıyır. Strateji əhəmiyyət daşıyan bu rayonun işğalı Azərbaycana baha başa gəlmişdi. Məhz bu üstünlükləri əldə etdikdən sonra çox keçmədi ki, Ermənistan qısa zamanda Azərbaycanın daha beş rayonunu işğal edə bilmişdi. Belə bir strateji əhəmiyyəti olan rayonun işğaldan azad edilməsi son dərəcə böyük tarixi uğurdur. Ermənistan Kəlbəcəri Azərbaycana qaytarmaq niyyətində olmadığını uzun illər idi dəfələrlə bəyan edirdi. 44 günlük müharibədə ordumuz işğalçı ordunu diz çökdürdü. Ermənistan elə ağır məğlubiyyətlə üz-üzə qaldı ki, Kəlbəcər kimi böyük əraziyə və əhəmiyyətə malik rayonu döyüşsüz Azərbaycana - öz sahibinə qaytarmağa məcbur qaldı". Eyni zamanda 2020-ci il noyabrın ayının 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edilərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Kəlbəcər Azərbaycan iqtisadiyyatına çox böyük gəlirlər vermək imkanlarına malikdir. Kəlbəcərin azad olunmasından cəmi 2 il keçib, artıq rayonda quruculuq işləri, infrastruktrun qurulması istiqamətində çox ciddi layihələr gerçkləşdirilib və sürətli iş gedir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Kəlbəcər rayonunda səfərdə oldular, Prezident İlham Əliyev Kəlbəcərdə Azərbaycan bayrağını qaldırdı. Kəlbəcər rayonunda bərpa-quruculuq işlərinə artıq rəsmi start verildi. Vurğulamaq lazımdır ki, Prezidentin sərəncamı ilə Şərqi Zəngəzur iqtisadi rayonu yaradılaraq Kəlbəcər bu iqtisadi rayona daxil edildi. Prezident deyib ki, Şərqi Zəngəzurun gələcək inkişafı ilə bağlı bütün işlər plan üzrə gedəcək və biz istəyimizə nail olacağıq.
Bütün bu və digər məsələlər onu deməyə əsas verir ki, Kəlbəcərdə həyat bərpa edilir. İnşallah, bərpa işləri uğurla davam etdiriləcək. Əhalimiz orada şən, firavan yaşamağa başlayacaq".
Tariyel Şixbalayev,
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin İnformasiya təminatı sektorunun müdiri,
YAP Xətai rayon Təşkilatı, ərazi partiya təşkilat sədri,
Vətən müharibəsi qazisi
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası