21 noyabr 2022 10:40
526

O günə az qalıb

Kəlbəcər Azərbaycanın ən qədim yaşayış mənskənlərindəndir. Gəmiqaya kimi, Qobustan kimi Kəlbəcər də dünya sivilizasiyasının ilkinlərindəndir. Kəlbəcər ərazisində ilk yaşayış yer­lə­rinin tarixi 30 min ildən çoxdur. Ərazidə bəşəri izlərin mövcudluğunu qayaüstü rəsmlər də təsdiqləyir. İstisudan bir qədər aralıda daş formalı bir qaya var. Təbiətən belə yaranıb. Bu, dün­­ya­nın Kəlbəcərə bəxş etdiyi daş kitabənin vərəqidir elə bil. Kəlbəcərdə yaşı 6 min illə səs­lə­şən qayaüstü rəsmlər var ki bunlar da bəşəri sivilizasiyanın yayılma arealının göstəricisi kimi qəbul edilməlidir. Bu daş abi­də­lər Şimali Azərbaycanda erkən dövr türklüyün, atəş­pə­rəst­liyin, xristianlığın, VII əsrdən ən mütərəqqi din olan İslamın Azərbaycanda yayıldığı dövr­lərdə yaradılıb.

Ermənistan silahlı birləşmələri Kəlbəcərə də həmlələr, hücumlar edirdi. Kəlbəcəri yerli özü­nü­müdafiə taboru, əhali və yeni yaradılmış ordumuzun bir taboru qoruyurdu. Müxtəlif əra­zilərdə ağır döyüşlər getmişdi. Döyüşçülərimiz düşmənin hücumlarını dayandıra bilmə­miş­di.

1994-cü ilin yanvarında, İkinci Kəlbəcər əməliyyatında da döyüşün ilk vaxtlarında ordu his­sələrimiz mühüm qələ­bə­lər qazanmışdı, Kəlbəcərin bir hissəsini işğaldan azad etmişdi. Lakin bu qələbələri ümumi qə­lə­bə ilə tamamlamaq mümkün olmamamışdı...

Ermənistan işğal etdiyi Kəlbəcərin təbii sərvətlərini talayırdı, 1999-cu ildən etibarən er­mə­­niləri Kəlbəcərdə məskunlaşdırırdı. Bu məskunlaşdırma beynəlxalq təşkilatların  qətnamə­lə­­rinə  əməl etməməyin təzahürü idi; BMT Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü il tarixli  822 saylı Qətnaməsinə əsa­sən Er­mənistan hərbi qüvvələrini Kəlbəcər və Azərbaycanın bütün digər işğal olunmuş rayonla­rın­dan dərhal çıxarmalı idi. Ermənistan bu Qətnaməni yerinə yetirmədi, beynəlxalq təşkilatlar bu­na ciddi hüquqi münasibət bildirmədi. Azərbaycan Ordusu ədalətli müharibə ilə 2020-ci ilin noyabrında Ermənis­ta­nın torpaq iddiasını döyüşlə həll etdi. Zəfərdən sonra beynəlxalq təş­ki­lat­lar, dövlətlər  zamanında münasibət bildirmədiyi məsələni yenidən gündəmə gətirmək istə­yir. Azərbaycan Respub­li­ka­sı­nın Prezidenti cənab İlham Əliyev onların heç bir hüquqi (və si­ya­si!) əsası olmayan istəyinə qətiyyətli cavab verdi...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “İkinci Qarabağ mühari­bə­sinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüv­və­ləri tərəfindən işğalçılardan azad edilmişdir. Biz Kəlbəcərin şimal hissəsində strateji yük­səklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildik və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmə­di­lər. Bəzi istiqamətlərdə strateji nöqtələri götürərək Ermənistan ordusunun hərəkət­lə­rini de­mək olar ki, iflic vəziyyətə salmışdıq” fikirləri də İkinci Qarabağ ümharibəsində qaza­nıl­mış Zəfər kimi tarixləşdi.

Zəfərdən sonra Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşası başa çatmaqda olan 11.6 kilometrlik tunel regionun böyük logistik layihəsidir. Kəlbəcər və Laçın rayonlarında 10-dan çox tunel inşa edilir. İcra olunan layihələr həm mülki əhali üçün, həm hərbçilər üçün, həm də müdafiə baxımından böyük əhəmiyyətə malikdir.

2021-ci ilin sentyabrında Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat məqsədi ilə torpaqlarımıza hücum etdi. Ordu hissələrimiz bu hücumun da qarşısını qətiyyətlə aldı. Kəl­bə­cərdə yaradılmış komando qüvvələri digər qüvvələrlə qarşılıqlı əlaqədə ciddi döyüşlərlə düş­mə­ni geri çəkilməyə mıcbur etdi, əks-hücumu davam etdirərərək Kəlbəcərdə və Laçında xeyli ərazini işğaldan azad etdi. Bu qələbələr 2020-ci ildə qazanılmış Zəfərin davamı kimi ta­rix­ləş­di.

Zəfərdən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərən­cam­la­rı ilə işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri başladı. Kəlbəcərdə Zəfər mu­ze­yi, Bayraq meydanı inşa edilir, neçə-neçə su-elektrik stansiyası istrifadəyə hazırdır. “İsti­su”­nun yeni mənbəyində sənaye strukturu yaradılır, bütün vacib infrastrukturlar qurulmaq­da­dır. Kəl­bəcər də yenidən qurulmaqdadır. Yaxın vaxtlarda əhali Kəlbəcərə qayıdacaqdır...

2022-ci il iyun ayının 26-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlqoyma mərasimi oldu.       “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının açılışı oldu, İşğal və Zəfər muzeyləri komp­leks­lərinin, Rəqəmsal İdarəetmə Mərkəzinin, “istisu” mineral su zavodunun təməlqoyma məra­sim­ləri keçirildi.

Xarici şirkətlər Kəlbəcərdə və Laçında külək elektrik stansiyalarının tikin­ti­sini yerinə yerirmək niyyətində olduğunu bildiriblər. Çətin relyefə malik olan Kəlbəcər dağ­la­rından elek­trik xətləri çəkilib. “Kəlbəcər-1” Kiçik Su Elektrik Yarımstansiyası inşa olu­nur, 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyası isə artıq istifadəyə verildi...

Kəlbəcər də yenidən qurulur. Yaxın vaxtlarda kəlbəcərlilər Kəlbəcərə qayıdacaq. Bir şeirdə deyildiyi kimi, ağlaya-ağlaya çıxan Kəlbəcər bir gün gülə-gülə qayıdacaq. O günə az qalıb. Bir səbr qədər...

Səbinə Xasayeva,

Milli Məclisin deputatı