Tarixə nəzər yetirsək görərik ki, həlledici məqamlarda xalqın ictimai və siyasi cəhətdən təşkilatlanmasına, xalqın maraqlarını təmsil edən qüvvələrin vahid cəbhədə bir araya gəlməsinə nail olmadan qarşıda dayanan ümummilli problemlərin həlli çox çətin olur. Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi ən böyük şəxsiyyət olan Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaranması 30 il əvvəl məhz belə bir tarixi zərurətdən irəli gəlirdi.
Müasir dövlətçilik tariximiz Heydər Əliyev dühasının çoxşaxəli və məhsuldar fəaliyyətinin canlı salnaməsidir. Ulu öndərimiz ictimai fikri hər zaman dövrün keyfiyyətcə yeni və pozitiv dəyişilikləri üçün hazırlamaq, yaranmış tarixi şəraitə uyğun şəkildə strateji qərarlar qəbul etməklə yanaşı, fəaliyyətində daim milli maraq və mənafeləri ön plana çəkmiş, uzaq hədəflərə hesablanan inkişaf strategiyasını həyata keçirmişdir. Heydər Əliyev böyük strateq kimi bir-birilə ziddiyyət təşkil edən iki müxtəlif ictimai-siyasi sistemdə ölkəyə inamla rəhbərlik etmiş və xalqımızın rifahı naminə hər zaman yorulmadan çalışmışdır. Ulu öndərimiz Heydər Əliyevin ali hakimiyyətə qayıdışından sonra Azərbaycanın müstəqilliyinin əbədiliyinin, daimiliyinin, dönməzliyinin təmin olunması yolunda həyata keçirilən tədbirlər ardıcıl və dinamik xarakter daşımışdır, ordu quruculuğu uğurla həyata keçirilmiş, xarici ölkələrlə qurulan diplomatik münasibətlər normal qaydada aparılmışdır. Eyni zamanda da, xarici siyasət xəttini ölkənin xəttini ölkənin milli maraqları üzərində həyata keçirən Azərbaycan cəmiyyətdə olan mövcud sabitliyə, fərqli etnik, dini mənsubiyyətlərə tolerant münasibətə görə bütün dünyada örnəyə çevrilmişdir.
Yeni Azərbaycan Partiyası hakimiyyətə gəldikdən sonrakı dövr ərzində əldə olunan ən mühüm nailiyyətlərdən biri də tükənməz təbii sərvətlərlə, zəngin sənaye, kənd təsərrüfatı və intellektual potensiala, əsaslı istehsal fondlarına, istənilən qədər ixtisaslaşmış işçi qüvvəsinə malik Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasının düzgün müəyyənləşdirilməsi, bazar iqtisadiyyatı modelinin Azərbaycan nümunəsində tam özünü doğrultmasından ibarətdir.
Bu 30 il ərzində partiyamız uğurlu və şərəfli yol keçmişdir. Bütün iştirak etdiyi seçkilərdə Yeni Azərbaycan Partiyası qələbə qazanmışdır və bu 30 il qələbələr salnaməsidir. 1992-ci ildə ulu öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvan şəhərində keçirilmiş partiyamızın təsis konfransı tarixi hadisə idi və 30 ildən sonra biz bunu əyani şəkildə ölkəmizdə mövcud olan vəziyyətdə, əldə etdiyimiz uğurlarda görürük. O vaxt partiyamızın yaradılması dönüş nöqtəsi idi. Əgər o vaxt partiyamız yaradılmasaydı, bilmək olmazdı ölkə hansı istiqamətdə inkişaf edəcəkdi. Çünki o vaxt ölkəmizin qarşısında çox ciddi problemlər durmuşdu. Demək olar ki, Azərbaycan, onun gənc müstəqilliyi təhlükə altında idi. O vaxt hakimiyyəti 1992-ci ildə qanunsuz şəkildə zəbt etmiş AXC-Müsavat cütlüyü ölkəmizi uçuruma aparırdı. Azərbaycanda iqtisadi tənəzzül, sənayenin iflic vəziyyətə düşməsi, siyasi, iqtisadi, ondan sonra da hərbi böhran demək olar ki, müstəqilliyimizi şübhə altına alırdı. Belə bir vəziyyətdə Azərbaycan xalqı öz Liderinə üz tutdu və partiyamızın yaradılması, əlbəttə ki, burada həlledici rol oynamışdır. Onu da biz yaxşı xatırlayırıq və əlbəttə partiya üzvləri bunu bilir, Azərbaycan ictimaiyyəti də bilir ki, o vaxt hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş hakimiyyət imkan verməmişdi ki, partiyamızın qurultayı Bakıda keçirilsin. Fəallar, vətənpərvər insanlar Naxçıvana gəlmiş və Heydər Əliyevin sədrliyi ilə partiyamızın yaradılması haqqında bəyanat verilmişdir. Ondan bir neçə ay sonra xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə gəldi və ölkəmiz inkişaf yoluna qədəm qoydu. AXC-Müsavat cütlüyü tərəfindən başlanmış vətəndaş müharibəsi dayandırıldı, qanunsuz silahlı birləşmələr tərk-silah edildi, qayda-qanun yaradıldı, milli vətəndaş həmrəyliyi üçün əsas yaradıldı, azərbaycançılıq ideologiyası bəyan edildi və bu gün də bizim əsas ideoloji dayağımızdır. Ölkə Konstitusiyası qəbul edildi, iqtisadiyyatda, siyasi sahədə ciddi islahatlara start verildi, Azərbaycan beynəlxalq təcriddən çıxa bildi və ölkə ilə bağlı həqiqətlər dünya birliyinə çatdırıldı.
Xülasə, Yeni Azərbaycan Partiyası Qafqazın ən böyük və ən güclü partiyası olmaqla yanaşı, həm də beynəlxalq siyasi arenalarda öz sözünü deyə biləcək, siyasi cəhətdən sistemləşdirilmiş və çox güclü bazaya sahib siyasi partiyalardan biri sayılır. Yaşasın Yeni Azərbaycan Partiyasi!
Mais Günəşli,
YAP-ın gənc fəalı
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası