Ölkəmiz Türk Dövlətləri Təşkilatının təsisçi dövlətlərindən biri kimi daim təşkilat çərçivəsində əməkdaşlığın daha da inkişafı məqsədilə mühüm təşəbbüslərlə çıxış edib. Təşkilatın məhz Naxçıvan Sazişi ilə yaradılması bunun bariz göstəricisidir. Ölkəmizin Türk Dövlətləri Təşkilatı çərçivəsində fəaliyyəti hər zaman yüksək effektivliyi ilə diqqəti cəlb edir.Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsini xüsusi diqqət mərkəzində saxlayır. Prezident cənab İlham Əliyev türk dünyası ilə bağlı yeni baxış ortaya qoyub və qeyd edib ki, türk dünyası yalnız türk dövlətlərindən ibarət deyil və türk dövlətlərindən kənarda yaşayan türk mənşəli insanların hüquqları, təhlükəsizliyi qorunmalıdır. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycandan kənarda yaşayan soydaşlarımızın hüquq və azadlıqları ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir.
Noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə bir çox məqamlara toxunan ölkə başçısı Qarabağın və Şərqi Zəngəzurun azad olunmasının ikinci ildönümün xalqımız tərəfindən böyük qürur hissi ilə qeyd edildiyini bildirmişdir.Məlumdur ki, son yeddi ay ərzində dövlət başçımız Özbəkistana artıq üçüncü dəfə səfər edib. Bu intensivlik ölkələrimiz arasında ikitərəfli əlaqələrin də yüksək səviyyədə olduğunu və sürətlə inkişaf etdiyini göstərir.Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir.Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi - İkinci Qarabağ müharibəsinin başa çatmasından iki il keçməsinə baxmayaraq, Ermənistan sərhəddə hərbi təxribatlarını davam etdirir. Son olaraq sentyabr ayında Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hərbi təxribatının qarşısını almaq üçün qətiyyətli əks-hücum əməliyyatına başlamağa məcbur oldu.Tarixə nəzər yetirsək təxminən 200 il öncə başlayan və digər qonşularımız olan dövlətlərdən köçürülərək Azərbaycanın Gəncə və İrəvan quberniyalarına toplanmış, torpaqlarımıza olan köçləri ilə bərabər vəhşilik, vandallıq kimi xüsusiyyətlərini də regiona gətirən ermənilər üçün Azərbaycan torpaqlarında yaradılmış erməni dövlətinin xalqımıza qarşı torpaq iddiaları bu gün də davam edir.Hazırda bütün dünya bizi qalib xalq kimi tanıyır. Ermənistanın havadarları Azərbaycanın haqq işinin qarşısını ala bilmədilər. Həmçinin Prezident cənab İlham Əliyev ölkəmizin iki il bundan öncə Vətən müharibəsində əldə etdiyi tarixi Qələbədən sonra Cənubi Qafqazda yaranmış yeni reallıqlar və Azərbaycan-Ermənistan sərhədlərində gedən proseslər barədə ətraflı açıqlamalar təqdim etmişdir. Qeyd olunmuşdur ki, 2020-ci ilin noyabr ayında Azərbaycan torpaqlarının 30 illik işğalına son qoydu, tarixi ədaləti və beynəlxalq hüququ öz gücünə bərpa etdi. Bununla Azərbaycan həm də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini özü icra etdi. Bununla belə işğal bitsə də, onun ağır fəsadları hələ də qalmaqdadır. Bu gün regionda olan yeganə Azərbaycanın yaratdığı reallıqdır və bu reallığa görə Azərbaycan ordusu öz torpaqlarımızda vuruşub, işğalçı Ermənistan ordusunu məğlub edib və bu gün də Azərbaycan-Ermənistan sərhədində öz doğma torpaqlarımızı qoruyur.Dövlət başçımız bu məqamı diqqət mərkəzinə çəkmişdir ki, İkinci Qarabağ müharibəsinin başa çatmasından iki il keçməsinə baxmayaraq, Ermənistanın ölkəmizə qarşı hərbi cinayətlərini, Azərbaycan-Ermənistan sərhəddində hərbi təxribatlarını davam etdirir. Belə ki, işğal zamanı bizim ərazilərimizdə bir milyondan çox mina basdırıb və ötən iki il ərzində 270-ə yaxın Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb. Beynəlxalq təşkilatlar erməni vandalizminin fəsadlarını öz gözləri ilə görürlər.
Qurub-yaradan Azərbaycan xalqı ilə erməni vəhşiliyinin və vandalizminin fərqi əyani görünür. Qeyd etmək yerinə düşər ki, oktyabr ayında Praqada və Soçidə qəbul edilmiş Azərbaycan və Ermənistanın bir-birinin ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıdığını ifadə edən birgə bəyanatlar bir daha onu göstərir ki, Qarabağ münaqişəsi artıq tarixdə qalıb. Bu gün Azərbaycan türk dünyasının coğrafi bağlantısını bərpa etmək yolunda mühüm addımlar atır. Hər kəs bilir ki, İkinci Qarabağ müharibəsinin nəticələri bölgə üçün yeni imkanlar açır. Xüsusilə, Zəngəzur dəhlizinin açılmasından bütün region ölkələri faydalanacaq. Elə ona görə də 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata müvafiq olaraq Azərbaycan tərəfi Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir və dəhlizlə bağlı öz ərazisində genişmiqyaslı fəaliyyət həyata keçirir.
Ayaz Cəbrayılov,
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası