Yeni Azərbaycan Partiyasının təsis edilməsi ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olub. Azərbaycanın tarixinə unudulmaz və möhtəşəm bir gün kimi daxil olan 1992-ci il noyabrın 21-i respublikamızın ictimai-siyasi həyatında yeni tarixi başlanğıcı sayılır. Ümummilli Liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP ölkəmizin ictimai-siyasi həyatına daxil oldu və bununla Azərbaycanın tarixində yeni dövr başladı. Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi palitrasına yeni nəfəs gətirdi. Bu gün Azərbaycanın inkişafı prosesində YAP fəal şəkildə iştirak edir və qısa müddətdə böyük rəğbət qazanaraq əsl xalq partiyasına çevrildi. Azərbaycan siyasi mühitinin ən güclü, monolit və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun cəmiyyətin bütün sosial-ictimai maraqlarının ifadəçisi olmasıdır. Çünki Azərbaycan xalqının istəkləri, cəmiyyətin sosial-iqtisadi sifarişləri YAP-ın konseptual strateji proqramında ana xətti təşkil edir. Yeni Azərbaycan Partiyası öz potensialı, real addımları və bacarıqlı kadrları ilə xalqa xidmət edir. Məlumdur ki, bir partiyanın gücü onun siyasi proseslərdəki mühüm rolu, iştirakı və qələbəsi ilə ölçülür və onun gücü ideologiyasındadır, xalqın rəğbətini, sevgisini qazanmasındadır, böyük sosial bazaya malik olmasında və seçkilərdə parlaq qələbələr əldə etməsindədir. Siyasi proseslərdə liderliyi bir daha göstərir ki, Yeni Azərbaycan Partiyası bundan sonra daha da qüdrətlənəcək, daha böyük siyasi gücə çevriləcək.
Bu gün partiya yüz minlərlə üzvü sıralarında birləşdirməklə Ulu Öndər Heydər Əliyevin ideyalarının, həyata keçirilən siyasətin təbliğatçısı və iştirakçısı kimi yeni-yeni hədəflərin gerçəkləşməsinə öz töhfəsini verir. İdeyaları, apardığı siyasət, uzunmüddətli, dayanıqlı inkişaf konsepsiyası ilə ictimaiyyətin böyük dəstəyini qazanan Yeni Azərbaycan Partiyasının xalqla birliyi sayəsində dövlətçiliyimizin əsasları möhkəmləndirilir. Partiyamızın fəaliyyət istiqamətlərinə və prinsiplərinə diqqət yetirdikdə onun Azərbaycanın bu günü və gələcəyi naminə gördüyü işlərin aydın mənzərəsi göz önündə canlanır. Azərbaycan xalqının istəkləri, cəmiyyətin sosial-iqtisadi sifarişləri Yeni Azərbaycan Partiyasının konseptual strateji proqramında ana xətti təşkil edir. Partiyanın gücü onun ideologiyasındadır, xalqın rəğbətini, sevgisini qazanmasındadır, böyük sosial bazaya malik olmasında və seçkilərdə parlaq qələbələr əldə etməsindədir. Müxalifət partiyası kimi yaranan Yeni Azərbaycan Partiyası 1993-cü ildə partiyanın Sədri, Ulu Öndər Heydər Əliyevin xalqın yekdil səsi ilə Prezident seçilməsi, eyni zamanda 1995-ci ildə keçirilən parlament seçkilərində qələbə qazanması ilə iqtidar partiyasına çevrildi. O vaxtdan bugünədək keçirilmiş bütün prezident, parlament, bələdiyyə seçkilərində böyük səs çoxluğu ilə qalib gələn Yeni Azərbaycan Partiyasına rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Yeni Azərbaycan Partiyası bütün seçkilərdə qalib gəlməsi ilə tarixə adını qələbələr partiyası kimi də yazıb. Yeni Azərbaycan Partiyası dəyərli təşəbbüsləri ilə də cəmiyyət tərəfindən alqışlanır. Belə ki, partiya 2019-cu ilin sonlarında ölkədə geniş vüsət alan islahatlar prosesinin parlamentdə də öz əksini tapması üçün Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Bu təşəbbüs ölkə ictimaiyyəti tərəfindən böyük dəstək qazanaraq müəyyən prosedur qaydalarının həyata keçirilməsindən sonra dövlət başçısı İlham Əliyevin Sərəncamı əsasında 2020-ci il fevral ayının 9-da ölkəmizdə növbədənkənar parlament seçkiləri keçirildi. Partiya həmçinin Milli Konstitusiyamıza əlavə və dəyişikliklərin edilməsi üçün ümumxalq səsverməsinin keçirilməsi təşəbbüsünü də irəli sürərək xalqın dəstəyini qazanmışdır. Hər bir seçki partiyanın həyatında bu baxımdan diqqətçəkən olur ki, Yeni Azərbaycan Partiyasına xalqın inamı və etimadı ildən-ilə artır.
Məlumdur ki, hər bir ölkənin dünyaya təqdimatında, beynəlxalq əlaqələrinin inkişafında hakim partiyaların rolu inkaredilməzdir. Daim fəaliyyətində beynəlxalq əməkdaşlığa xüsusi önəm verən Yeni Azərbaycan Partiyası bu əlaqələrin inkişafına öz töhfələrini gündən-günə artırır. Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə keçirilən tədbirlər Azərbaycan reallıqlarının təbliğində əhəmiyyətli rol oynayır, qarşılıqlı səfərlər çərçivəsində imzalanan sənədlər ölkələr arasında münasibətlərin inkişafında yeni mərhələnin başlanmasına böyük dəstək olur.
Məcid Əhmədov,
YAP Pirallahı rayon təşkilatının sədr müavini
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası