"91-lər" 1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən, onun hakimiyyətə qayıdışı üçün müraciətə imza atmış, Yeni Azərbaycan Partiyasının "qızıl fondu" elan olunmuş 91 nəfər tanınmış ziyalı idi.
Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyev dəfələrlə öz çıxışlarında "91-lər"in müraciəti haqqında danışıb. O, YAP-ın 10 illik yubiley tədbirində deyib: “91-lər, onlar artıq dillərdə əzbər olublar. Mən “91-lər”in hamısına həmişə böyük hörmət və ehtiram bəsləmişəm. Bu gün də onların hamısına - dünyadan gedənlərə Allahdan rəhmət diləyirəm, indi bizimlə bərabər olanlara səmimi qəlbdən təşəkkür edirəm. Ona görə yox ki, "91-lər"in müraciəti, - sizinlə açıq danışıram, - mənim həyatımda böyük bir dönüş rolu oynadı. Yox. Siz bilirsiniz ki, biz partiyanı yaradandan 7 ay sonra xalq, o cümlədən, o vaxt iqtidarda olanlar, artıq qaçıb dağılmaqda olan insanlar məni Azərbaycana dəvət etməyə məcbur oldular”.
"91-lər" müraciətdə ölkəyə rəhbərlik edəcək həqiqi bir lideri ulu öndər Heydər Əliyevin simasında görərək belə bəyan edirdilərː “Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”. Ulu öndər Heydər Əliyevin namizədliyi 1991-ci il sentyabrın 3-də fövqəladə sessiya zamanı Naxçıvan MR Ali Məclisinin sədri vəzifəsinə irəli sürülür. Heydər Əliyev 4 dəfə çıxış edərək namizədliyini irəli sürənlərə dərin minnətdarlığını bildirir və təkidlə xahiş edir ki, onun namizədliyini səsə qoymasınlar. Lakin sessiya keçirilən binanın qarşısına toplaşan izdihamın, xalqın tələbinin qarşısını almaq mümkün deyildi. Xalqın bu seçimi Heydər Əliyevin böyük siyasətə qayıdışı idi.
"91-lər"in müraciətindən sonra 24 oktyabrda mətbuatda Heydər Əliyevin Azərbaycan ziyalılarının müraciətinə cavab olan “Yeni, Müstəqil Azərbaycan uğrunda” sərlövhəli məktubu dərc olundu. 5 noyabr tarixdə respublika ziyalılarının YAP təşkilat komitəsinin yığıncağı keçirildi. Heydər Əliyev yekdilliklə təşkilat komitəsinin sədri seçildi. 21 noyabr 1992-ci ildə isə Naxçıvan şəhərində YAP-ın təsis konfransı keçirildi və Heydər Əliyev açıq səsvermə yolu ilə partiyanın Sədri seçildi. 1993-cü ildə respublikada vəziyyət daha da ağırlaşdı, Gəncədə Surət Hüseynov silahlı qiyam qaldıraraq, dövlətə qarşı çıxdı. Xalq vətəndaş müharibəsinin bir addımında idi. İyunun 13-14-də Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyev Gəncə şəhərində oldu. O zaman Heydər Əliyev hakimiyyətə qayıdışı ilə yaranan vətəndaş müharibəsinin qarşısını almaqla, Azərbaycanı bölünmək, yox olmaq təhlükəsindən bir daha qorudu.
Beləki xalq da öz tələbilə Heydər Əliyevin hakimiyyətə gəlməyini israr edirdi
Heydər Əliyevin hakimiyyətə gəlişi ilə xalqımızın müstəqilliyini bərpa etdi . Biz bu gün çox xoşbəxt bir xalqıq ki, bizim xalqımızın Heydər Əliyev kimi dühası, müdrik rəhbəri olub. Bu gün ulu öndər Heydər Əliyev böyük ehtiramla anılır, onun ideyaları, siyasəti Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir.
Ülkər Məmmədzadə,
6 saylı Bakı ‘’ASAN xidmət’’mərkəzi,
Baş mütəxəssis
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası