Bu il noyabr ayının 15-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Albaniya Respublikasına rəsmi səfər etmişdir. Səfər çərçivəsində iki ölkənin Prezidentlərinin təkbətək görüşündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Albaniya Respublikasının Prezidenti cənab Bayram Beqay mətbuata bəyanatlarla çıxış etdilər.
Cənab Prezident İlham Əliyev müxtəlif vaxtlarda Albaniya prezidentlərinin Azərbaycana dəfələrlə, onun isə Albaniyaya ilk səfəri olduğunu bildirdi. Ölkə başçısı bir sıra məsələlərin müzakirə edildiyini və bu səfərin iki respublika arasında əlaqələrinin inkişafına güclü təkan verəcəyini diqqətə çatdırdı.
Albaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən dövlətlər sırasında olmuşdur. Albaniya rəsmiləri həm işğal və həm də Vətən müharibəsi dövründə bəyanatları ilə Azərbaycanın ərazi bütövlüyünü tanıyaraq dəstəyini nümayiş etdirmişdir. Azərbaycan 44 günlük müharibə ilə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunmuş, lakin 27 il icra edilməyən qətnamələrini həyata keçirdi. İllərlə Ermənistan bu qətnamələrin icrasına laqeyd qalmış, beynəlxalq ictimaiyyət və birlik isə onların bu hərəkətinə hər hansı bir sanksiya tətbiq etməmişdir. Azərbaycan dəfələrlə Ermənistana qarşı sanksiyala tətbiq edilməsi məsələsini qaldırmışdır. Ərazisinin 20 faizinin işğalı və həmin torpaqlarda qanunsuz məskunlaşma hərbi cinayətdir. Cənab Prezident ermənilərin törətdikləri dağıntılardan bəhs edərkən onların işğal dövründə Azərbaycana maddi və mənəvi cəhətdən böyük zərbə vurduqlarını bildirmişdir. Onlar tarixi, dini abidələri dağıtmaqdan belə çəkinməmişlər. Ermənilər tərəfindən Qarabağda “işğal dövründə 67 məsciddən 65-ni yerlə-yeksan edilmiş, qalan iki məsciddə isə heyvan - inək, donuz saxlamışlar və bütün müsəlmanların hisslərinə toxunmuşlar”.
Ermənistan illərlə şəhər və kəndlərimizdə yalnız dağıntılar törədərək torpaqları cansız bir vəziyyətə salmışlar. Cənab Prezident İlham Əliyev Azərbaycanın Qarabağ münaqişəsini təkbaşına müharibə yolu ilə həll etdiyini diqqətə çatdırdı. “Biz bu məsələni təkbaşına həll etdik, ədaləti bərpa etdik və azad edilmiş torpaqlarda indi Azərbaycan Bayrağı dalğalanır. Biz bu torpaqlara qayıtmışıq və bu torpaqlara həyat qayıdır”.
Bahar Məmmədova,
Bakı şəhəri, Xətai rayon İlqar Mirzəyev adına 98 №li tam orta məktəbin Təlim Tərbiyə İşləri üzrə direktor müavini,
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilat sədri
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası