17 noyabr 2022 16:04
365

Azərbaycan və Albaniya arasında əməkdaşlıq hər iki ölkə üçün uğurlu nəticələnəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasına səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. İki ölkə arasında diplomatik münasibətlər 1993-cü ilin sentyabrında qurulub və həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə siyasi dialoqa və əməkdaşlığa, ticari-iqtisadi fəallığa, investisiya və mədəni əməkdaşlığa əsaslanır. Azərbaycanla Albaniya arasında iqtisadi əlaqələrin genişləndirilməsinin, ticarət dövriyyəsinin artırılması ,iki ölkənin münasibətlərinin inkişafında yüksək səviyyəli səfərlər əhəmiyyətlidir. İqtisadi əməkdaşlıq, eləcə də mədəniyyət və digər sahələrdə əməkdaşlıq üçün çox böyük imkanlar var.

Həm Albaniya, həm də Azərbaycan ikitərəfli əməkdaşlığın, o cümlədən neft sektorunda əlaqələrin daha da inkişaf etdirilməsinə maraq göstərir.Cənab Prezident İlham Əliyev öz çıxışında da bu barədə də vurğulayıb “Biz bu gün Sizinlə qaz sahəsində əməkdaşlıq barədə danışdıq, həm əldə edilmiş nailiyyətlər, həm də görüləcək işlər haqqında fikir mübadiləsi apardıq. Ancaq əməkdaşlıq üçün enerji sektorundan başqa da çox yaxşı imkanlar var - qarşılıqlı sərmayə qoyuluşu, Albaniya və Azərbaycan şirkətlərinin birgə fəaliyyəti, birgə müəssisələrin yaradılması, turizm, kənd təsərrüfatı, müasir texnologiyalar sahələri. Bilirəm ki, bütün bu sahələr Sizin ölkəniz üçün də və bizim üçün də prioritet təşkil edir. Ona görə, əminəm ki, biz bu istiqamətlər üzrə inamla addımlayacağıq.”

 Əminliklə deyə bilərik ki, Azərbaycanla Albaniya arasında münasibətlərdə yeni səhifə açılır, qarşılıqlı əlaqələr yeni məzmunla dolur. Azərbaycanın həyata keçirdiyi layihələrin miqyasını və Albaniyanın bu layihələrə marağını nəzərə alsaq, bu əməkdaşlıq təkcə hər iki ölkə üçün deyil, bütün Balkan regionu üçün faydalı olacaq.

Rəna Süleymanlı,
YAP-ın gənc fəalı