17 noyabr 2022 15:32
382

Bayrağımız - damarında azərbaycanlı qanı axan hər bir şəxsin qürur yeridir

Dövlətimizin müstəqilliyinin atributu, qürur və inam səbəbimiz Azərbaycanın üçrəngli bayrağı bu gün fəxrlə uzun illərdir mənfur düşmənin işğalı altında qalan torpaqlarımızda dalğalanır, uşaqdan böyüyə hər kəsin azadlıq düşüncələrinə, milli-mənəvi dəyərlərə və sülhməramlı ideyalara sadiqliyini nümayiş etdirir. İllərdir xalqımızın üçrəngli bayrağımızın işğalçı Ermənistanın işğal etdiyi torpaqlarda dalğalanacağı günü gözləyirdi.  İllərlə arzuladığımız, həsrətlə gözlədiyimiz bu gün 2 il əvvəl reallığa çevrildi.

Ölkəmizin Prezidenti, Cənab Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə müzəffər Ordumuz işğal olunmuş ərazilərimizin azad edilməsi uğrunda müzəffər yürüşünü inamla davam etdirərək, özünütəsdiqin simvolu kimi bayrağımızı tarixi torpaqlarımıza sancdı. Ulu öndər Əliyevin, Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin uğurla həyata keçirdiyi uzaqgörən və müdrik siyasət nəticəsində dövlət bayrağımız dünyanın ən mötəbər təşkilatlarının qarşısında, ən mühüm beynəlxalq tədbirlərdə, həmçinin iişğaldan azad edilmiş bütün ərazilərimizdə qürurla dalğalanır. Artıq iki ildir ki qalib Azərbaycan xalqı öz milli bayramlarını,  o cümlədən 9 noyabr-Dövlət Bayrağı Gününü zəfər günü kimi qeyd edir.

Qürur mənbəyimiz olan üçrəngli bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda dalğalanması türkçülüyümüzün, milli mənsubiyyətimizin, parlaq gələcəyə atılan addımlarımızın əsasıdır. Tarixinə, öz milli adət-ənənələrinə humanizminə bağlı, dövlətçilik ideyalarını hər şeydən üstün tutan xalqımız Dövlət Bayrağımız altında bir amala-azərbaycançılıq ideyasının təbliğinə xidmət edir. Bayrağımız varlığımızın sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığımızın əsas göstəricisidir. Prezident İlham Əliyevin ilk gündən qarşıya qoyduğu bu hədəfə uyğun olaraq əldə edilmiş uğurlarla kifayətlənmir, daim irəli baxırıq.

Rza Eyvazlı,
YAP-ın gənc fəalı