Azərbaycan regional və qlobal miqyasda öz çəkisi və mövqeyi olan bir dövlətdir. Ölkəmizin beynəlxalq miqyasda nüfuzu artır, müsbət imici möhkəmlənir. Bu tendensiya demək olar ki, bütün sahələrdə - siyasət, iqtisadiyyat, humanitar, təhlükəsizlik, mədəniyyət, idman sferalarında özünü göstərir. Heç şübhəsiz, Azərbaycan hazırkı uğurlara birdən-birə nail olmayıb. Azərbaycanın beynəlxalq siyasi nüfuzunun sürətlə artmasında ölkənin daxili və xarici iqtisadi uğurlarının mühüm çəkisi vardır. Qlobal güclərin daim diqqət mərkəzində olan, strateji əhəmiyyəti heç zaman azalmayan Cənubi Qafqaz regionunda yerləşən Azərbaycan təbii imkanlarından və intellektual resurslarından istər daxili inkişafının təmin olunmasında, istərsə də beynəlxalq mövqelərinin gücləndirilməsində səmərəli istifadə edir.
Azərbaycan və Albaniya arasında çox mühüm layihələr həyata keçirilir. Bunlardan biri də TAP layihəsidir ki, bu, həm Azərbaycan-Albaniya hökumətləri, həm regiondakı digər ölkələr arasında gerçəkləşdirilən layihədir. Azərbaycan investorları gələcəkdə Albaniyada investisiya qoymaqda maraqlıdır. İqtisadi əməkdaşlıq, eləcə də mədəniyyət və digər sahələrdə əməkdaşlıq üçün çox böyük imkanlar var. Azərbaycanın milli maraqlar üzərində qurulan siyasətində enerji amili xüsusi yer tutur. Bu da onunla bağlıdır ki, respublikamız karbohidrogen ehtiyatları ilə zəngin olan bir diyardır. Bu gün Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində vacib faktora çevrilib. Albaniya Avropa birıliyin daxil olmasa da münasibətlərimizin yüksək olması Avropa ittifaqı ilə bu ölkə üzərindən əməkdaşlıq imkanlarımızı genişlənir. Azərbaycanıla Albaniya sərmayələrin qarşılıqlı yatırılmasına başlayıb.
Azərbaycanda neft və qaz hasilatının tarixi çox qədimdir. Ancaq xalqımız özünün təbii sərvətlərinin faydasını yalnız son üç onilliyi əhatə edən müstəqillik illərində görüb. Enerji sektorundan gələn gəlirlər müstəqillik dövründə ölkəmizdə qeyri-neft iqtisadiyyatının qurulması, inkişafa zəmin yaradan müasir infrastruktur obyektlərinin inşası, vətəndaşların rifah halının yaxşılaşdırılması, insan kapitalının formalaşdırılması kimi strateji sahələrə yönəldilib. Albaniya, həmçinin öz ərazisində tranzit imkanlarından istifadəyə çox açıqdır və hazırdır. Qaz infrastrukturundan bu məqsədlə tam istifadə olunmasını mümkün hesab edir. Bu sahədə daha böyük nəticələrin əldə olunmasını üçün iki dövlət arasında diplomatik danışıqlar aparılır. Beləliklə, əməkdaşlığın yeni yolları açılır və bu məqsədlə Azərbaycan tərəfinin göstərəcəyi səylər yüksək səviyyədə qiymətləndirilir. Azərbaycan Prezidenti qeyd edib ki, beynəlxalq təşkilatlardakı uğurlu əməkdaşlıq da əlaqələri gücləndirir: "Siz qeyd etdiniz ki, Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək həmişə qarşılıqlı olub, biz bunu çox yüksək qiymətləndiririk. Həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatlarını, Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstəyi biz çox yüksək qiymətləndiririk”. Bu gün iki ölkə arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Azərbayacan və Albaniya birgə işləyərək öz imkanlarını səfərbər edə biləcək və tərəfdaşlıqlarını daha da genişləndirəcəklər.
Səba Rzayeva,
YAP-ın gənc fəalı
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası