Azərbaycan Prezidentninin Albaniyada xüsusi toxunduğu məsələlərdən biri də Avropaya qaz nəqli ilə bağlıdır. Təsadüfi deyil ki, bu sahədə əməkdaşlıq üçün təkcə cari ildə böyük addımlar atılıb
Azərbaycanın enerji təhlükəsizliyi məsələsində Avropa İttifaqı (Aİ) ilə fəal əməkdaşlığı və strateji tərəfdaşlıq əlaqələri öz bəhrələrini verir və bu işbirliyi qitə ölkələrinə fayda gətirməkdədir. Bu xüsusda İtaliyanı qeyd etmək lazımdır. Belə ki, Avropada təbii qaz böhranının yaşandığı indiki şəraitdə enerji idxalçısı kimi tanınan İtaliya Azərbaycan qazını qitəyə nəql edən TAP boru kəməri sayəsində təbii qaz ixracatçısı olub. Bu, Azərbaycanın Avropada etibarlı təchizatçı kimi mövqeyini möhkəmləndirməsi hesabına baş verib.
Real vəziyyət göstərir ki, Avropanın enerji təhlükəsizliyi problemi gündən-günə dərinləşməkdədir. Belə ki, müharibə və münaqişələr nəticəsində bəzi ölkələr bir-birilərindən aldıqları qazın və kömürün idxalını dayandırırlar. Nəticədə qaz anbarlarının boşalması qış fəsli yaxınlaşdıqca daha çox narahatlıq yaradır. Belə vəziyyətdə Azərbaycanın enerji təhlükəsizliyi məsələsində Avropa İttifaqı ilə fəal əməkdaşlığı və strateji tərəfdaşlıq əlaqələri öz bəhrələrini verir və bu işbirliyi qitə ölkələrinə fayda gətirməkdədir. 2020-ci ilin dekabrında TAP-la kommersiya qaz nəqlinə başlandığı vaxtdan ötən müddət ərzində boru kəməri ilə Azərbaycan qazı Yunanıstanın Kipoi bölgəsindəki qaz stansiyasından Avropaya nəql olunur. Özü də bu həcm getdikcə artır. Mlumat üçün qeyd edək ki, bu ilin 7 ayında Azərbaycanda 27,3 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 7,9 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 14,8 milyard kubmetri “Şahdəniz”dən, 4,6 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 13,3 faiz, yəni 3,2 milyard kubmetr artımla qaz hasil edilib. Hesabat dövründə xaricə qaz satışı 12,9 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 24 faiz çoxdur. 7 ay ərzində Türkiyəyə 4,8 milyard kubmetr, Gürcüstana 1,6 milyard kubmetr, Avropaya isə 6,5 milyard kubmetr qaz satılıb. Avropaya təbii qaz satıçı digərləriilə müqayisədə daha çox artıb. Artıq yaxın tezlikdə Azərbaycan Avropaya satdığı qazın həcmini 20 milyard kubmetrı çatdıracaq. Bunun üçün TAP kəmərinin ötürücülük gücü artırılır. Onu da qeyd edək ki, TAP-ın çatdırdığı təbii qaz həcmləri Avropa İttifaqı üçün yeni, etibarlı, təhlükəsiz və sərfəli enerji mənbəyi təmin etməklə yanaşı, enerji yol xəritəsini asanlaşdırmaqda əsas rol oynayır. TAP Cənub-Şərqi Avropa ölkələrini də qazla təchiz edə bilər. Boru kəmərinin Yunanıstan ilə Albaniyadakı çıxışları və İtaliya sahilinə çıxışı Azərbaycan qazının geniş Avropa bazarlarına tədarükü üçün çoxsaylı imkanlar açır. Layihə Azərbaycan qazının Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılmasına böyük imkanlar yaradır. Bu da onu gəstərir ki, “Cənub Qaz Dəhlizi”nin əsas hissəsi kimi TAP Avropa üçün strateji və iqtisadi əhəmiyyət daşıyır, eləcə də yeni təbii qaz mənbəyinə etibarlı çıxışı təmin edir. TAP, həmçinin Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, təchizatın şaxələndirilməsində, həmçinin karbon emissiyasının azaldılmasında mühüm rola malikdir.
Sübhan Ərəbi,
YAP-ın gənc fəalı
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası