İran bütün qonşuları ilə qarşıdurmanın yeni mərhələsinə start verib. Azərbaycanla sərhəddə baş tutan hərbi təlimlərin ardınca Türkiyə ilə sərhəddə hərbi təlimlərə başlayıb. Bundan başqa cənub qonşumuz ölkəmizə qarşı təhdidlərini davam etdirir, zaman-zaman müxtəlif şəxslərin rəsmi və ya qeyri - rəsmi açıqlamaları ilə öz gerçək niyyətlərini büruzə verirlər. İranın dərdini azdan çoxdan biz bilirik. İran üzdə dost, arxada düşməndir. İşğalçı Ermənistana yardım edən də rəsmi Tehrandır, güneyli qardaşlarımızın hüquqlarını tapdalayan da.
İranın Tarix boyu Azərbayacana qarşı hansı xəyanətkar addımları atdığını bilirsinizmi?
Tarixən Azərbaycan türkləri müxtəlif xalqlarla, o cümlədən farslarla birgə yaşayıblar. Səfəvilərin və Qacarların sonlarında da farslar başqa dövlətlərin təsiri altında Azərbaycan türklərinə xəyanət ediblər. Farslar Qacarların hakimiyyətinin süqutunu Böyük Britaniyanın köməyilə etdilər. Qacarların hakimiyyətindən sonra Pəhləvilər hakimiyyətə gəldilər və Güney Azərbaycanlılara qarşı sərt siyasət yürüdülər. Pəhləvilər Qacarların hüquqlarını əllərindən aldılar. Molla rejimi dövrü başlayanda düşündük ki, İran İslam inqilabından sonra vəziyyət dəyişəcək, lakin gözləntimiz olmadı. Azərbaycan Xalq Cümhuriyyətini İran tanımadı. Qacarlarda yüksək vəzifələri farslar tutduğu üçün Azərbaycan dövlətini tanımaq istəmədilər.
İran sonralar 1920-ci ildə Cümhuriyyətimizi tanıdılar. Azərbaycan adı İran tərəfindən qəbul edilmir, bu adı təhdid hesab edirdi. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra İran ölkəmizə qarşı birmənalı mövqe sərgiləmədi.
Birinci Qarabağ müharibəsində də cənub qonşumuzun riyakarlığını gördük. Sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini dedilər, əməldə Ermənistana yardım etdilər. Hətta onların o vaxtki xarici işlər naziri sonralar çıxışlarının birində bildirdi ki, Ermənistana yardım etməsələr, Azərbaycan daha güclü olardı.
İran tarixboyu güneyli-quzeyli Azərbaycanın varlığını özünə təhdid hesab edib və bu onu narahat edib. Bu gün də cənub qonşumuz Azərbaycana qarşı ikiüzlü siyasət sərgiləyir. Sözdə ərazi bütovlüyümüzü tanıdıqlarını desələr də, Ermənistana yardım edirlər. Tarix boyu farslar Azərbaycan türklərinin hakimiyyətini həzm edə bilməyiblər. Elə bu səbəbdən də sərhədlərimizdə müxtəlif təxribatlar aparır, bizi təhdid etməyə çalışırlar.
Bu gün İran Azərbaycanın gücünü qəbul etməli, qarşısnda əvvəlki Azərbaycan olmadığını bilməlidi.
Rövşanə Abbasova,
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşı
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası