İran İslam Respublikası Azərbaycanın müstəqilliyini 25 dekabr 1991-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik əlaqələr 12 mart 1992-ci ildə qurulmuşdur. Hər iki ölkənin səfirlikləri (1969-cu ildə İranın Bakı şəhərində açılmış konsulluğu) 1992-ci ilin mart ayından İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi kimi fəaliyyətini davam etdirir, 1992-ci ilin dekabr ayından isə Azərbaycan Respublikasının İran İslam Respublikasında səfirliyi fəaliyyətə başlamışdır.
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi sahədə 30-a yaxın sənəd imzalanmışdır. Sənədlər əsasən investisiya qoyuluşu və maliyyələşdirmə sahələrində həyata keçiriləcək layihələr üzrə əməkdaşlığı, elmi və texniki sahələrdə əldə edilən nailiyyətlərdən istifadə, digər ticarət sahələrində biri-birinə yardım göstərilməsi, iki ölkənin şirkətlərinin və iqtisadi qurumlarının filial və nümayəndəliklərinin açılışı və fəaliyyətinin dəstəklənməsi, iki ölkə arasında ticarət və tranzit sahələrinin inkişafına lazım olan infrastrukturun yaradılması məqsədi ilə avtomobil və dəmir yollarının inkişaf etdirilməsi üzrə birgə layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsi və s. kimi məsələləri əhatə edir.
Hərtərəfli iqtisadi-siyasi münasibətlərin korlanması və zaman-zaman İranın Azərbaycan əleyhinə təxribata əl atması hallarının son illərdə İranın Azərbaycana qarşı aqressiyasının daha da açıq şəkildə özünü büruzə verməsi müşahidə olunmaqdadır. İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsi və bu qələbənin regionda onu kəskin söz sahib etməsi digər tərəfdən Azərbaycanın postmüharibə dövründə Zəngəzur dəhlizindən israrla və davamlı bəhs etməyə başlaması İranın Ermənistana qurudan çıxışı itirməsi Cənubi Qafqazdan da faktiki təcrid olunmasıdır ki, buda qonsu ölkəni ciddi narahat edir. Çünki bu coğrafiya ilə əlaqə etimad etmədiyi Azərbaycandan tam asılı hala gəlir. Bu halda İranın Türkiyə və Azərbaycandan yan keçməklə Avropaya çıxış marşrutu kimi düşündüyü Fars körfəzi – Qara dəniz beynəlxalq nəqliyyat dəhlizi layihəsi (Qafqaz dəhlizi) təhlükə altına düşür. Fars körfəzi-Qara dəniz dəhlizi marşurutu ilə İrandan Avropaya qaz boru kəməri çəkilməsi ideyası var və bu da Rusiyanın marağına uyğun deyil, amma hələ ki fikir səviyyəsində qalır. 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatlarda Ermənistan ərazisindən keçəcək nəqliyyat kommunikasiyaları Zəngəzur dəhlizi adlandırılmasa da, Azərbaycanın və Türkiyənin məhz dəhlizdə israr etməsi, Rusiyanın isə səssiz qalması bu 3 dövlətin İranın layihəsini bloklamaqda ortaq maraqlara sahib olduqları qənaətini yaradır. Ümumiyyətlə, İinci Qarabağ müharibəsinin siyasi yekunları Rusiya ilə İranın regional maraqlarının fərqli, toqquşan tərəflərini də ortaya qoyub. Zəngəzurdan keçəcək nəqliyyat kommunikasiyalarının Rusiyanın nəzarətində olması İranda etimad doğurmur və onun narahatlığını azaltmır. Zəngəzur dəhlizinin İranda ciddi narahatlıq doğuran başqa bir nəticəsi Azərbaycan və Türkiyə arasında birbaşa quru əlaqəsini təmin etməklə türkdilli ölkələrin qurşağını formalaşdırması ehtimalıdır. Türkiyənin birbaşa Azərbaycana və oradan Xəzər vasitəsilə Orta Asiya türk respublikalarına çıxışı İranın bütün şimal sərhədlərinin türk dilli ölkələrlə əhatələnməsi deməkdir ki, bunun İrandakı türk əhalini ruhlandırması və orada türk millətçiliyinə təkan verməsi mümkün perspektiv kimi görünür. Daha bir nəticə Naxçıvan MR-ə birbaşa çıxış əldə edəcək Azərbaycanın bu sahədə İrandan asılılığının azalması olacaq. Bütün bu məqamlar kompleks şəkildə İranın bugünkü aqressiv reaksiyalarını şərtləndirən amillərdir. Azərbaycan Respublikasının mövcudluğunu əzəldən bəri öz daxilində separatist meyillərə təkan verəcək faktor kimi görən İran, problemlərini həll edən və güclənən Azərbaycanın İran türkləri üçün cazibə mərkəzinə çevriləcəyindən ehtiyatlanır. Müharibə zamanı Araz boyunca irəliləyən Azərbaycan ordusunun çayın o tayında həyəcan və ruh yüksəkliyi ilə izlənməsi, eləcə də Rusiyanın İran vasitəsilə Ermənistana silah göndərməsinə qarşı keçirilən etiraz aksiyaları bu baxımdan İran rejimi üçün təhlükəli siqnallar idi. Yəni, Azərbaycan Respublikası və İran İslam Respublikası arasındakı ziddiyyətlər hansısa konkret hadisədən irəli gələn müvəqqəti hal deyil, fundamental xarakter daşıyır. Lakin Azərbaycan xalqı hər zaman olduğu kimi öz Prezidenti Cənab İlham Əliyevin siyasi kursuna arxalanaraq və dəstək olaraq bu kimi təxribatçı münasibətlərə sinə gələrək ədaləti bərpa edəcəkdir.
Vilayət Mirzəyev,
SOCAR “Qaz İxrac” İdarəsinin İnformasiya kommunikasiya texnologiyaları şöbəsinin rəisi,
YAP Xətai rayon təşkilatının "R.Əliyev küçəsi 19" ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası