Müasir Azərbaycan Respublikası müstəqilliyini bərpa etdiyi ilk günlərdən etibarən demokratik, hüquqi və dünyəvi dövlət yaratmaq məqsədini qarşıya qoymuş və dövlət quruculuğu sahəsində ardıcıl addımlar atmışdır. Azərbaycan Respublikasının xarici siyasət fəaliyyətinin əsas istiqamətlərindən biri dünyanın digər dövlətləri ilə,xüsusilə də qonşu dövlətlərlə münasibətlərin qurulması və inkişaf etdirilməsi olmuşdur. Lakin təəssüf ki, cənub qonşumuzdan heç də ürək açıcı münasibət görmürük. Erməni təcavüzkarları tərəfindən Azərbaycanın ərazi bütövlüyünə qarşı qəsdli planların olduğu dövrdə, torpaqlarımızın işğal edildiyi zamanda, Xocalı faciəsində qadınlara, uşaqlara qarşı törədilən soyqırımda cənub qonşumuz İran İslam Respublikası tamaşaçı kimi baş verənləri seyr edirdi. Ermənistanı işğalçılıq siyasətindən uzaqlaşdırmaq üçün heç bir addım atmadı.
30 ildən sonra da 44 günlük Vətən Müharibəsində belə İran tərəfindən heç bir dəstək almadıq. Əksinə, “qardaş” adlandırdıqları ermənilərə gizlicə silah daşınmasında yardım edib. Necə ola bilər ki, özünü İslam ölkəsi adlandıran, şəriət qaydaları ilə dövləti idarə edən ölkə, müsəlman əhaliyə edilən zülmü görməsin? Allahın evinin dağıdılmasına, məscidlərin, müqəddəs ocaqların mundarlanmasına, donuzların saxlanmasına göz yumsun? İran İslam ölkəsidirmi yoxsa İslamın yaşıl bayrağına bürünmüş riyakarcasına öz siyasətini yürüdən namərd qonşu? Özünü Qafqazda İslamın qoruyucusu kimi qələmə verən ölkənin bu addımları İslam dəyərlərinə qarşı xəyanətdir. Hələ bunlar azmış kimi, II Qarabağ Müharibəsi başa çatar-çatmaz Azərbaycan sərhədinə qoşun yığır, hərbi-təlimlər keçir. Bu cür addımlarla qalib ölkəyə göz dağı vermək istəsədə bu sadəcə bir cəhd olaraq qaldı.
Əslində bu addımlar İran İslam Respublikasının qorxduğunun göstəricisidir, qısa müddətdə ərzində ordumuzun bütün maneələrə baxmayaraq necə mərdliklə vuruşub, işğal altında olan torpaqlarımızı azad etdiyinin canlı şahidi olmuşdur.
Cənubi Azərbaycandan soydaşlarımızın dəstək olması, Azərbaycan Bayrağını qaldırması, Azadlıq şüarlarını səsləndirməsi artıq İran hakimiyyətini narahat edir. İşğal edərək zor gücü ilə saxlamağa çalışdığı,hüquqlarını əlindən aldığı xalqın nümayəndələrinin etiraz edəcəyindən, Şimali Azərbaycana birləşmək istəklərinin olacağını güman edirdi. Lakin,bütün təhdidlərə, təzyiqlərə baxmayaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin də dəfələrlə dediyi kimi, ölkəmizin hərbi qüvvələri bütün təhdidlərin qarşısını almağa, bütün təxribatlara qarşı lazimi şəkildə cavab verməyə qadirdir.
Günel Süleymanlı,
Bakı şəhəri, İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin tarix müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası