Azərbaycan İrana qarşı dost və mehriban qonşuluq münasibəti bəsləsə də, İran hər zaman əksini nümayiş etdirib. Iranın məqsədi Azərbaycanın inkişafının qarşısını almaq və Azərbaycanın güclü olduğu məkanları bağlamaqdır. İran qonşuluq prinsiplərinə zidd bir sıra addımlar atıb. Ümumiyyətlə, İran dövlətinin daxili və xarici siyasəti doğru siyasət deyil. İran qeyri-demokratik bir dövlətdir. Orada teotratik hakimiyyət mövcuddur və əslində avtoritat, totalitar bir rejim hökm sürür. İran höküməti tərəfindən xalqlarının hüquqları, azadlıqları müdafiə olunmur. Terroru maliyyələşdirən, dəstəkləyən, terror təşkilatları yaradan, müsəlman dövlətləri arasında daim təfriqə, ayrı-seçkilik salan bir dövlətdir. Bununla belə, Azərbaycan İrana qarşı uzun müddət mülayim, həddindən artıq mehriban qonşuluq siyasəti yürüdüb.İranda 30 milyondan çox azərbaycanlı yaşayır. O insanların ana dilində təhsil almaq, ana dilində danışmaq, televiziya, radio, mətbuat yaratmaq və digər imkanlardan istifadə etmək hüquqlarıı demək olar ki, yoxdur. Azərbaycan 44 günlük haqq savaşında , ondan sonra da İranın riyakar qonşuluq siyasətini gördü.
İranın Ermənistanla dostluğu, Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsi, ölkəmizdə İrana xidmət edən casusların yaxalanması buna sübütdur. Azərbaycanın İrana qarşı heç bir iddiası, anlaşılmazlıq yaradacaq təklifi yoxdur. Qarabağ münaqişəsinin bitməsindən sonra isə iki ölkə arasında sülhün əldə edilməsini açıq-aşkar əngəlləyir, Zəngəzur dəhlizinin reallaşdırılmasına mane olmaq üçün əlindən gələni edir. Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olduğu 30 il ərzində bu ərazilərdə bütün infrastruktur, mədəniyyət, dini obyektlər, vətəndaşlara və dövlətə məxsus mülklər dağıdılıb, təbii sərvətə ölçüyəgəlməz zərər vurulub. Tehranın 30 ilə yaxın bir müddətdə erməni işğalında olan Azərbaycan ərazilərinin talan olunmasında birbaşa iştirakı heç kimə sirr deyil. İşğalçı ölkə olan Ermənistan Qarabağda sökdüyü evləri tikinti materialları kimi İrana satırdı. Meşələrin qırılması və onların İrana daşınması da hər kəsə bəlli idi. İrana məxsus KİV-lərdə əhalisinin böyük əksəriyyəti müsəlman olan Azərbaycan Respublikasına qarşı davamlı olaraq “ideoloji mübarizə” aparılır.
Azərbaycanda dini qüvvələrin siyasiləşdirilməsi istiqamətində iş aparılır. İran rejiminə xidmət edən terrorçuların zərərsizləşdirilməsi isə bir daha sübut etdi ki, İran Azərbaycanda dini və milli düşmənçilik yaymaq, dini tolerantlığı pozaraq gərginlik yaratmaq niyyətindədir. Cənubi Qafqazın lider ölkəsi, Avropanın enerji təhlükəsizliyində başlıca rollardan birini oynayan, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmiş, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş hesab olunan, qüdrətli Qalib Orduya malik olan və bütün dövrlərdə humanitar xarakterli qlobal təşəbbüslərlə çıxış edən Azərbaycan ilə hədə və təhdid dilində danışmaq kimsəyə fayda verməz. Azərbaycan bütün təxribatlara qarşı lazımi şəkildə cavab verməyə qadirdir. Prezident İlham Əliyev Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündəki çıxışında xüsusilə qeyd etdi ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti öz ana dilində təhsil almaq imkanlardan məhrumdur. Prezidentimiz bu fikirləri söyləyərkən təəsüf hissi keçirdiyini də vurğuladı. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları önəmli məsələ olmasını , öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etməsini ön plana çıxardı.
Ayşən Qasımova,
YAP-ın gənc fəalı
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası