Son vaxtlar İranın regional siyasəti zamanı Azərbaycana qarşı riyakar davranır. Əsassız bəhanələrlə müxtəlif iddialar qaldıran İranın əsas niyyəti Azərbaycanın inkişafı və güclü dövlətə çevrilməsinin qarşısını almaq, onun İran azərbaycanlıları üçün cəlbedici, nümunə olduğunu əngəlləmək idi.
Azərbaycan İranla bağlı məsələlərə hər zaman xüsusi həssaslıqla yanaşıb.Lakin müşahidələr göstərir ki, riyakarlıq, yalançılıq xətti İranın təkcə Azərbaycana qarşı münasibətində deyil, ümumilikdə siyasi konsepsiyasında yer tutur. Bu gedişat İranın Azərbaycanla bağlı siyasətini müxtəlif səviyyələrdə – ilk növbədə, tarixi, diplomatik, elmi-nəzəri və media platformalarında yenidən nəzərdən keçirməyi zəruriləşdirir.
İran hər zaman fərqli ölkələr üçün dini zəmində təhdid yaradıb. Həm də molla rejimi ölkənin siyasi idarəetməsini dini idarəetmə modeli kimi təqdim etsə də əslində bu idarəetmənin kökündə faes şovinizmi dayanıb.İranda hakimiyyətdə öz xalqına, dinc əhalisinə qarşı tərəddüdsüz silah işlədən istibdadçı, mürtəce molla rejimidir. İran sözdə bizə dost desə də, faktiki olaraq bu münasibətlərdə səmimi deyil. İnformasiya təhdidləri və təxribatları ilə Azərbaycanın məkanına nüfuz etmək, vətəndaşlar arasında separatizm yaymaq, Azərbaycan dövlətinə itaətsizlik üçün zəmin hazırlamaq və ölkə vətəndaşlarını müxtəlif şirnikləşdirici təkliflər vasitəsilə dünyanın bir nömrəli mübarizə obyektinə çevrilən terrorizmə sövq etmək qonşu ölkənin xarici siyasətinin əsas xüsusiyyətləridir. Bunun nəticəsində onlar ölkədə özünün casus şbəkəsini qurmağa cəh edir, müxtəlif yollarla dövlətçiliyimizə qarşı təxribat törətməyə çalışırlar. Buna baxmayaraq dövlətimizin təhlükəsizlik orqanları onların hər birini ifşa edir. Onlar vətənə xəyanət etmiş şəxslər olaraq müvafiq cəzasını alırlar.
Prezident İlham Əliyev, bu günlərdə Səmərqəndə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündəki çıxışında xüsusilə vurğuladı ki, “Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti öz ana dilində təhsil almaq imkanlardan məhrumdur. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları önəmli məsələdir... Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik”.
Rəna Süleymanlı,
YAP-ın gənc fəalı
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası