Son günlərin ən çox müzakirə olunan mövzuları sırasında İranın Azərbaycanla sərhəddə, Araz çayı boyunca keçirdiyi təlimlər və İran xüsusi xidmət orqanlarına məlumatları ötürən 5 nəfər vətən xaininin Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti tərəfindən tutulması məsəsi vardır. Bu hadisələrin fonunda isə, İran və Azərbaycan XİN tərəfindən hər iki ölkə səfirlərinin Xarici İşlər Nazirliyinin inzibati binalarına çağırılıb nota verilməsi məsələsi də gündəmdədir. Belə ki, cənubdakı ikiüzlü qonşumuz İranın hərəkətləri və bizə qarşı olan riyakar münasibəti regionda gərginliyi artırmaqla bərabər, həm də adında "İslam Respublikası" yazdıran bir dövlətə yaraşacaq hərəkətlər deyil. Ümumiyyətlə Vətən müharibəsindən əvvəl də, müharibə zamanı da və post-müharibə dövründə də İran Azərbaycanın işğal olunmuş ərazilərindəki məscidlərdə donuz və inək saxlayan ermənilərin işğalçılıq siyasətini dəstəkləməsi, hərbi, humanitar və mənəvi dəstək verməsi nəzərdən yayınacaq bir nüans deyil.
Yuxarıda qeyd etdiyim kimi İranın son zamanlarda sərhəd bölgələrdə baş tutan hərbi təlimləri, həm də İslam Respublikasının Ermənistanın Qafan şəhərində Baş Konsulluq açması ilə davam etdi. Əsas məsələ isə rəsmi Tehranın son zamanlar “regionda sərhədlərin dəyişməsinə yol verə bilmərik” və Qafandakı Baş konsulluğun açılması ilə “Ermənistanın təhlükəsizliyini təmin etmək üçün buradayıq” kimi səs-küy salmasıdır. İran tərəfinin dili ilə desək, bu erməni və fars xalqları arasındakı min illik qardaşlığın bəhrəsidir, amma bu səsin sədası nə qədər uzaqlara yayıla bilər? Bugünkü dünyadan faktiki olaraq təcrid edilmiş, sanksiyalar altında yaşana İranın molla rejimi son zamanlar “əzələ (güc) nümayişi” üçün Ermənistanın və onun xalqının taleyi ilə oynamağa çalışır.
Cənab prezidentimizin də Səmərqənddə qeyd etdiyi kimi, “Ermənistan işğal zamanı 67 məsciddən 65-ni yerlə-yeksan edib, qalan 2 məscid isə ciddi zərər görüb və donuz, inək saxlanılması üçün istifadə olunub. Bu, bütün müsəlman dünyasına təhqirdir. İslamofobiya və türkofobiya Ermənistanın rəsmi ideologiyasının bünövrəsini təşkil edir.” Sitatda da ermənilərin murdar xisləti, alçaq siyasətləri qeyd edilib. Bəs bütün bunlara rəğmən, din qardaşı sayılan Azərbaycanın yanında yox, öz anti-İslam hərəkətləri ilə diqqətləri cəlb edən Ermənistana dəstək verməsi hansı səmimiyyətə, hansı insanlığa sığır?
Mais Günəşli,
YAP-ın gənc fəalı
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası