Doğma yurdumuz istər coğrafi mövqeyi, istər təbii sərvətləri, istərsə də yürütdüyü doğru siyasət ilə daim bütün dünyanın diqqət mərkəzində olmuşdur. Buna ölkəmizin sərhəd qonşuları da daxildir. Əlbəttə ölkəmizin bu uğuruna sevinən, yanımızda olanlarla yanaşı, bu uğurumuza paxıllıqla yanaşan, ayağımızın altını qazanlar da az deyil. Ən qorxulusu da özünü dost kimi göstərib, içlərində düşmənlik bəsləyənləridir. İran dövləti özünü nə qədər dost kimi göstərməyə çalışsa da, ürəklərindəki o xəbis niyyətlər axır əvvəl üzə çıxdı. Özünü islam dövləti kimi göstərib, əslində isə düşmənlərimizlə işbirliyi edən, əl sıxan ölkə necə bizim dostumuz ola bilər? İran aydınlıq gətirməlidir ki, niyə Zəngəzur dəhlizinə maneə olur? Açıqlama gətirməlidir ki nə üçün əli qanlı, cani Ermənistanın cinayətkar rejiminin üzvləri, liderləri ilə qucaqlaşıb-öpüşür? Nə üçün bu addımları atır? Biz bütün qonşularımıza, bizi özünə dost bilən bütün ölkələrə öz yardım əlimizi, öz dostluq əlimizi həmişə uzatmışıq.
Siyasətimizin təməli də bəllidir. Əgər İran regionda sülhün sabit qalmasını istəyirsə, normal qonşuluq münasibəti nümayiş etdirməlidir. Etməyəcəksə, bunun cavabını da alacaq. Bunu bilsin. Azərbaycan bölgədə yeni reallıq yaradıb, güclü, müstəqil dövlətdir və öz prinsipiallığını, qətiyyətini cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə hər zaman qoruyacaq. Özlərinə gizli vətən xainləri “tutan”, onları maliyyələşdirən İran rejiminin isə o xəyalları, o iyrənc planları həmişə ürəyində qalacaq. Necə ki indi qaldı. İrs və namusdan məhrum olan insanlar ürəklərində vətənə sədaqət hissini daşımazlar. Heç vaxt bağışlanmayan, əfvi olmayan bir günahdır bu. O günah ki, bu vətənin neçə neçə igid oğullarının qanı, canı bahasına hər qarışını qoruduğu bu torpağı gözünü belə qırpmadan düşmənə satmağa çalışırlar. Amma azərbaycanlı adının müqəddəsliyinin, aliliyinin bir zərrəsinə belə dəyməyəcək bu xainlərin arzusu həmişə ürəyində qalıb, həmişə də qalacaq. Necə ki indi qaldı. Türk siyasətçisi M.Yazıcıoğlunun da dediyi kimi : "Qan tökməyi sevən bir millət deyilik. Ancaq mövzu vətən isə; dünyanın şah damarını kəsərik.".
Azərbaycan daim öz qonşusu İrana qarşı dostca münasibət göstərmişdi. Amma nəticədə göstərdiyimiz münasibətin tam əksini gördük. İran tərəfi tarixdən gələn bir kinlə öz planlarımı davam etdirdi, Azərbaycanın ünvanına hədyanlar səsləndirdi. Belə olan halda, Azərbaycan uzatdığı dostluq əlinin İran tərəfindən geri çevrildiyini görür. Zəngəzur dəhlizinə maneəçilik törədilir, Ermənistan tərəfinə dəstək verir, xarici siyasətini Azərbaycana qarşı təbliğat və təxribata yönləndirir, hərbi təlimlər keçirir. Belə olan halda İran Azərbaycandan necə bir addım gözləyirdi? Kim olur olsun, hansı dövlət olur olsun anlamalıdır ki, Azərbaycan torpaqlarının bir qarışını belə heç kimə vermək niyyətində deyil. Bunun əsas göstəricisidi də 44 günlük Vətən müharibəsi idi.
Rza Eyvazlı,
YAP-ın gənc fəalı
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası