Azərbaycanın çətin günlərində qardaş və dost ölkələrin, bir çox təşkilatların dəstək olduğu zamanda Azərbaycana köstək olan İran bu günlərdə də pis əməlləri ilə gündəmdədir. İkinci Qarabağ müharibəsi zamanı üzdə İslam dinini ortaya qoyub müsəlman qardaşlarının yanında olduğunu desə də Ermənistana-xristan candaşlarına silah-sursat yardımı ilə yalançı və riyakar olaraq yaddaşlara həkk olundu. Güney azərbaycanlı soydaşlarımızın kəskin etirazlarından və informasiya müharibəsindəki üstünlüyümüzdən sonra İran sərhədi bağlamaq məcburiyyətində qaldı. Müharibədən sonrakı dövrdə, sülh danışıqları getdiyi müddətdə sülhə mane olacaq hərəkətləri və danışıqları İranın pis niyyətini üzə çıxartdı.
İran ilə Ermənistanın münasibətləri son iki ildə daha da yaxınlaşdı. İki ölkə xalqları arasında çox yaxın əlaqələr mövcuddur. Ermənistana Türkiyə və Azərbaycan tərəfindən tətbiq olunan iqtisadi mühasirə şəraitində, İranla iqtisadi əlaqələr, Ermənistan üçün çox faydalı oldu. İran Ermənistan Respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdən biri idi. İranda 120 mindən çox erməni yaşayır və ölkənin parlamentində təmsil olunur. Erməni xristian icması İranın ən böyük xristian icmasıdır və İslam Respublikasında xristianlığı sərbəst şəkildə tətbiq etmək hüququna malikdir. Erməni kilsələri dövlət tərəfindən qorunur və İranda yerləşən "Faddey" kompleksi YUNESKO-nun Dünya İrs Siyahısı kimi siyahıya alınır. Bu gün Ermənistanda təxminən 3 min İranlı tələbə təhsil alır. İranda ermənilərin öz dilində təhsil almaq hüququ var və burada erməni məktəbləri fəaliyyət göstərir. Qeyd edək ki, sayı 40 milyondan çox olan azərbaycanlıların isə belə bir hüququ yoxdur.
Ermənistan SSRİ-nin bir hissəsi olandan sonra əlaqələr yalnız diaspor səviyyəsində qalırdı, çünki kifayət qədər böyük erməni diasporu İranda mövcudluğunu davam etdirirdi və Ermənistanla münasibətləri heç vaxt kəsilmədi. Tehran ölkədəki Erməni diasporu üçün çox rahat şərtlər təmin etdiyindən, diaspora kanalları vasitəsilə Ermənistandan qarşılıqlı dəstəyə də güvənə bilər. Ermənistan öz mənafei üçün qarşılıqlı təsir səviyyəsi və geosiyasi əhəmiyyətə görə İrana böyük maraq göstərməsi aydındır. Ermənistanın İrana duyduğu maraq bir sıra siyasi və iqtisadi faktorlardan da qaynaqlanır, ancaq aralarında ən güclüsü İranın Qarabağ münaqişəsi ilə bağlı mövqeyidir
İranlı Garnik Asatryan bildirmişdir ki, ermənilər İran milli düşüncəsində mühüm yer tutmuşlar. Eyni zamanda, erməni ictimai-siyasi düşüncənin ən mühüm xüsusiyyəti, erməni dövlətinin qurulmasında və güclənməsində İranın mühüm rolunun həyata keçirilməsidir.
Ayətulla Əhtari Aram Simonyan ilə görüşündə “Ermənistanla İran bir millət, iki dövlətdir” ifadəsi səsləndirmişdi. Təəccüb doğuran odur ki, Tehranın “bütün dünyada şiə müsəlmanların hüquqlarının müdafiəçisi” kimi qələmə verdiyi “Dünya Əhli-Beyt Qurultayı”nın sədri müsəlman Azərbaycana düşmən kəsilən, Xocalıda soyqırım törədən ermənilərlə “yaxın və qohum” olduğunu, bir millət olduğunu fəxrlə dilə gətirir. Bu bir daha İslam və Şiə adından istifadə edərək Türk- İslam dünyasına düşmən kəsilən İranın iç üzünü aşkara çıxarır. Hər iki millətin qan və gen bağlılığı, elə hər ikisinin də eyni zehniyyətdə olduğunu göstərir.
Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası