14 noyabr 2022 17:46
390

Türk dünyası böyük bir ailədir

Bu il noyabr ayının 11-də Özbəkistan Respublikasının Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü keçirilmişdir. Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyevin başçılığı ilə keçirilən tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan, Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri cənab Qurbanqulu Berdiməhəmmədov, Qazaxıstan Respublikasının Prezidenti cənab Kasım-Jomart Tokayev, Qırğızıstan Respublikasının Prezidenti cənab Sadır Japarov, Macarıstanın Baş naziri cənab Viktor Orban, Türk Dövlətləri Təşkilatının Baş katibi cənab Bağdad Amreyev, Təşkilatın yeni Baş katibi cənab Kubanıçbek Ömüralıyev çıxışlarında bu burliyin əhəmiyyətindən danışmışlar. Çıxışlardan sonra bir sıra sənədlər, o cümlədən Səmərqənd Bəyannaməsi imzalanmışdır.  

Azərbaycan Prezidenti cənab İlham Əliyevin çıxışında Azərbaycanın Türk Dövlətlərilə siyasi və iqtisadi əlaqələrinin yüksək səviyyədə inkişafından məmnunluğunu, Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünün yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə cənab Prezident Şavkat Mirziyoyevə minnətdarlığını bildirmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu əlaqələrin möhkəmləndirilməsinin Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu diqqətə çatdırmışdır. Ölkə başçısı Azərbaycanın geniş coğrafiyanı əhatə edən, böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara sahib Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verdiyini və bundan sonra da Türk dünyasının birliyi amallarına sadiq qalacağını bildirmidir. “Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik”.

Cənab Prezident İlham Əliyev çıxışında dünyada türklərin hüquqları ilə bağlı bəzi məsələləri önə çəkdi. Öklə başçısı türklərin təkcə üzv ölkələri əhatə etmədiyini, bütün soydaşlarımızın hüquqlarını, təhlükəsizliyini, milli kimliyinin qorunmasını, onların assimilyasiyaya uğramaması üçün vacib işlərin görülməsini mühüm saydı. Türk gəncləri yaşadıqları ölkələrin məktəblərində öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır. Təəssüf ki, Azərbaycan dövlətinin sərhədlərindən kənarda yaşayan 40 milyon azərbaycanlı bu imkanlardan məhrumdur. “Azərbaycan dövləti xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirir. Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik”.

Bahar Məmmədova,
Bakı şəhəri, Xətai rayon İlqar Mirzəyev adına 98 №li tam orta məktəbin Təlim Tərbiyə İşləri üzrə direktor müavini,
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilat sədri