Noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşünün keçirilməsi və Prezident İlham Əliyevin tədbirdə yaxından iştirak etməsi təqdirəlayiq bir addımdır. Cənab prezidentimiz zirvə görüşündəki çıxışında son 7 ayda artıq üçüncü dəfə qardaş Özbəkistana səfər etdiyini məmnunluqla qeyd edib və iki dost ölkə arasındakı əlaqələrin daha da yüksək səviyyəyə çatdığını qeyd edib. Bununla bərabər həm də sammitin 200 milyonluq türk dünyasının ali toplantısı olduğunu xüsusilə qeyd edən Azərbaycan Prezidenti deyib ki, bu geniş coğrafiya böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Böyük bir ailə olan türk dünyası xalqları bir-birinin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməlidirlər.
Cənab prezident həm də digər məsələlərə toxundu, məsələn Ermənistanın işğalçılıq siyasəti, 30 illik işğalın acı nəticələri və İranda yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının farslar tərəfindən kobud şəkildə pozulması məsələsi də göz önünə gətirildi. Ölkəmizin 9 şəhəri və yüzlərlə kəndi Ermənistan vandalları tərəfindən yer üzündən silinib. Vaxtilə böyük və çiçəklənən şəhər olmuş Ağdam o dərəcədə dağıdılıb ki, xarici ekspertlər onu “Qafqazın Xirosiması” adlandırırlar. Ermənistan işğal zamanı 67 məsciddən 65-ni yerlə-yeksan edib, qalan 2 məscid isə ciddi zərər görüb və donuz, inək saxlanılması üçün istifadə olunub. Bu, bütün müsəlman dünyasına təhqirdir. İslamofobiya və türkofobiya Ermənistanın rəsmi ideologiyasının bünövrəsini təşkil edir.
Bundan başqa da Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev çıxışında türk dövlətləri arasında informasiya texnologiyalarının, nəqliyyat və tranzit dəhlizlərinin inkişafı ilə bağlı əməkdaşlığın önəmini vurğulayıb. O, bu baxımdan üç qardaş dövlətin – Qazaxıstan, Azərbaycan və Türkiyənin ərazisindən keçən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əhəmiyyətini xüsusi qeyd edib.
Beləliklə, Səmərqənddə keçirilən Zirvə Görüşündə olan müzakirələr, baş tutan söhbətlər zamanı aydınlaşan məsələlər və nəzərdə tutulan layihələr gələcək illərdə türk dünyasının inkişafında müstəsna rol oynayacaqdır.
Mais Günəşli,
YAP-ın fəalı
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası