15 noyabr 2022 10:57
547

Messi: Futbol çox dəyişib

PSJ-nin və Argentina millisinin hücumçusu Lionel Messi müasir futboldan danışıb.

“İki sahil” xəbər verir ki, o, "Marca"ya açıqlamasında deyib: “Düşünürəm ki, futbol çox dəyişib. İndi qeyri-adi oyunçu görmək çətindir. Çünki gənc yaşlarından müəyyən formada oynamağa məcbur olursan. Bu gün komandalar xüsusi oyunçulara malik olmadan mütəşəkkil oyun nümayiş etdirərək rəqiblərə çətinlik yaradır".

Qeyd edək ki, Messi Argentina millisinin tərkibində 2022-ci il dünya çempionatında iştirak etməyə hazırlaşır.