27 avqust 2026 13:43
107

Stolüstü tennisçilər Fransaya yollanıblar

 

Stolüstü tennisçilər yeni sınaq qarşısındadırlar. 13 yaşadək idmançılardan ibarət komanda  Fransada keçiriləcək mötəbər yarışda ölkəmizi təmsil edəcək. Əliəkbər Mirzəliyev, Cəfər Almədədli, Camal Kərim, Mehin Mirzəbalayeva, Yasəmən Həbibova, Gülnur Kərimli və Səidə Qulizadə seçmə komandanın məşqçiləri Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə avqustun 28-də Şiltinheym şəhərində start götürəcək "Euro Mini Champs" turnirində bacarığını göstərəcək. Kiçik Avropa çempionatı adlandırılan və sayca 20-ci olan yarışa avqustun 31-də yekun vurulacaq. Qeyd edək ki, tanınmış stolüstü tennisçi Onur Quluzadə 2024-cü ildə bu yarışın bürünc medalını qazanmışdı.