14 noyabr 2022 11:11
565

Kriştianu Ronaldu: klub məni getməyə məcbur etməyə çalışdı

“İnsanlar məni klubda görmək istəmirlər”.

“İki sahil” xəbər verir ki, bunu “Mançester Yunayted” futbol klubunun hücumçusu Kriştianu Ronaldu müsahibəsində bildirib.

“Piers Morgan Uncensored” şousu üçün danışan Ronaldu bir sıra sensasiyalı açıqlamalar verib. O, “Mançester Yunayted”i xəyanətdə ittiham edib: “Bəli, klub məni getməyə məcbur etməyə çalışdı. Tək məşqçi yox, klubdakı bir neçə başqa adam da bunu istəyirdi. Özümü xəyanətə uğramış hiss edirdim. Hiss edirdim ki, insanlar məni klubda görmək istəmirlər. Təkcə bu il yox, keçən mövsüm də. Məndən “günah keçisi” düzəltdilər. Mən Ten Haqa hörmət etmirəm”.