14 noyabr 2022 10:23
556

Champions Chess Tour: Şəhriyar Məmmədyarov final mərhələsində mübarizəyə başlayır

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün "Meltwater Champions Chess Tour" seriyasının doqquzuncu - sonuncu mərhələsində mübarizəyə başlayacaq.

“İki sahil” xəbər verir ki, 37 yaşlı qrossmeyster final raundunun I turunda hindistanlı Rameşbabu Praqqnanandha ilə üz-üzə gələcək.

Tərəflər 4 qarşılaşmada münasibətlərə aydınlıq gətirəcəklər.

Qeyd edək ki, turnir noyabrın 20-də başa çatacaq. Yarışın mükafat fondu 210 000 ABŞ dollarıdır.Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid”də ikinci yeri tutub.