İngiltərə Premyer Liqasında 16-cı tura yekun vurulub.
"İki sahil" xəbər verir ki, sonuncu oyun günündə 2 matç keçirilib. “Aston Villa” "Brayton"a, "Mançester Yunayted" "Fulhem"ə 2:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, turnir cədvəlinə 37 xalla (14 oyun) "Arsenal" başçılıq edir. "Mançester Siti" 32 xalla (14 oyun) 2-ci, "Nyukasl" 30 xalla (15 xal) 3-cüdür.
İngiltərə Premyer Liqası,
16-cı tur
13 noyabr
"Brayton" 1–2 "Aston Villa"
Qollar: Makallister, 1 – İnqs, 20-pen, 54
"Fulhem" 1–2 "Mançester Yunayted"
Qollar: Ceyms, 61 – Eriksen, 14, Qarnaço, 90+3