13 noyabr 2022 14:10
1070

Azərbaycan ədalətli sülh istəyir

Bu günlər Azərbaycan xalqının tarıxinə Zəfər salnaməsi kimi yazılan 44 günlük müharibənin 2-ci ildönümünü böyük təntənə ilə qeyd etdik. İki il əvvəl bizim milli ruhumuzun və qürürumuzun yüksəlişini təmin edən ər,igid oğullarımız bu müddət ərzində misli görünməmiş  bir tarix yazdı.

27 sentyabrda Ali Baş  komandanın əmri ilə biz uzun illər ərzində həsrətində olduğumuz torpaqlarımızın azad olunması uğrunda qətiyyətli mübarızəyə-“Dəmir yumruq“əməliyyatına başladıq.Bütün xalq sanki vahid orduya çevrildi.Biz adətən yetişən gənc nəslə müharibənin arı-acı,itki,göz yaşı gətirdiyini deyirik.Ancaq bəlkə də  ilk dəfə idi ki,xalq olaraq müharibənin başlanmasına sevinirdik.8 noyabr Qələbəmizin ildönümündə Şuşada hərbçilər qarşısında prezident İlham Əliyevin çıxışinda Şuşa əməliyyatı ilə bağlı bir neçə dəfə bu məsələdən danışması diqqətimi daha çox çəkən məqamlardan oldu.Doğurdan da biz əslində vətənimiz uğrunda ölümə gedirdik və buna gorə çox sevincli,qürurlu idik.Lider-Ordu-Xalq birliyini,iradəsini ortaya qoymaqla 3 rəngli bayrağımızı işğaldan azad olunmuş  torpaqlarda dalğalandırdıqca  biz yəqin ki, həyatımızın ən xoşbəxt günlərini yaşayırdıq.Cənab prezidentin Şuşada çıxış edərkən dediyi kimi bu xoşbəxtliyi bizə yaşadan son olaraq “Şuşanın  azad olunmasıyla silahlı qüvvələrimiz şanlı tarix yazdı.Bu şanlı tarix bizimıə əbədi olacaqdır.”Azərbaycan ordusunun peşəkarlığı,qəhrəmanlıq əzmi,güclü iradə ,düşmənə nifrət Şuşa zəfərini şərtləndirən amillərdən idi.Şuşaya qədər bizim qələbəmizi texnikaya ,PUA-lara bağlayan ermənipərəst qüvvələr Şuşanın alınmasından sonra heyrətdən başqa deyəcəkləri bir söz qalmadı.Prezidentin “Şuşasız bizim işimiz yarımçiq qalaçaqdır” sözləri  fikrimcə  həm də onu deməyə əsas verir ki, əslində bu məsələdə bizə güclü təzyiqlər olmuşdur.Ancaq Şuşanın  xalqımız üçün nə qədər böyük məna və əhəmiyyət kəsb etdiyini düşmən qüvvələr dərk edə bilməzdilər.Xalq olaraq biz dünyaya sübut etdik ki,Şuşa bizim üçün milli qürurdur və milli qürurmuz düşmən tapdağı altında qala bilməz.

Prezidentin Şuşa bəyanatında toxunduğu digər bir məsələ beynəlxalq təşkilatlara və özünü sülhpərvər qüvvə kimi göstərənlərə ünvanlanmışdı.Çünki onlar elə bir görüntü yaratmışdılar ki,sanki təcavüzkar dövlət Ermənistan yox,Azərbaycandır.2021-ci ilin avqustunda BMT-nin rezident əlaqələndiricisi lə görüşündə də İlham Əliyev bu məsələni gündəmə gətirmişdi:”Əgər Minsk qrupu həmsədrləri potensiallarının 5%ni Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən geri çəkilməyə istifadə etsəydi müharibə baş verməzdi.”Ona görə də əslində bizim44 günlük müharibədə digər missiyamız həm də beynəlxalq ədaləti bərpa etmək idi.Çünki vaxtında beynəlxalq təşkilatlar tərəfindən  bu xəyanətkar topluma təəssüf ki dur-deyən olmadı.Nəticədə isə onun iştahası bir az da artdı.Yəni biz bu müharıbəyə başlamaqla beynəlxalq təşklatların 30 il ərzində həll edə bilmədiyi ədalətsizliyə son qoyduq.Azərbaycan bu müharıbədə dostunu, düşmənini də tanıdı,dost,əməkdaş dölətlər hesabına prezidentin də dediyi kimi”Qarabağ həqiqətlərini,erməni işğalı ilə bağlı həqiqətləri dünyaya çatdırdıq”.Güclü beynəlxalq dəstək qazandıq,eyni zamanda müsəlman dövlətlərini erməni xisləti ilə tanış etdik.Ancaq təəssüf ki,İran kimi riyakar rejimlər yenə də ermənipərəst mövqeyindən geri çəkilmədilər.Bunun da səbəbi aydındır:Cənubi Azərbaycan qorxusu,türk birliyi xofu belə rejimlərin yuxularına da haram qatmışdır.Cənab Prezidentin İrana mesajlarından biri də Ermənistana dəstək məqsədilə Azərbaycan sərhəddində apardığı hərbi təlimlərə sanki işarə idi:”Məscidləri dağıdan müsəlman dövlətləri ilə dost ola bilməz.Məscidləri dağıdanlara müsəlman dövlətləri qucaq aça bilməz.Bu riyakarlıqdır,bu satqınlıqdır.Bunun başqa adı yoxdur.”Şuşa bizim mədəniyyət ocağımızdırsa,Təbriz Azərbaycanın dövlətçilik mərkəzlərindən biridir.Təbii ki, İran bu gün özünün haqsız ,ədalətsiz,islami dəyərlərə sığmayan mövqeyində durduqca bu yalnız 3rəngli bayrağımızın Təbrizdə dalğalanacağı vaxtı sürətləndirmiş olacaqdır.

Prezident İlham Əliyevin Şuşada səsləndirdiyi Zəngəzur dəhlizi ilə bağlı və ümümiyyətlə erməni öhdəlikləri ilə bağlı bəyanatından da ermənilər nəticə çixarmalıdır.Çünki səbrimiz sonsuz deyildir.Belə ki,10 noyabr bəyanatından ötən 2 il ərzində Azərbaycan öz üzərinə götürdüyü öhdəliyi yüksək səviyyədə icra etmiş və bu gün də etməkdədir.Ermənistan isə ilk dövrlər yəqin ki,”Dəmir yumruğun”təsiri altında olduqları üçün bu öhdəliklərin yerinə yetirilməsində onlarınn da maraqlı olduğunu bildirsə də sonradan öhdəliklərindən yayınmağa,manipulyasiyalar və imitasiyalar etməyə başladılar.Erməni xisləti yenə də özünü göstərdi.Bu ilin mart ayında Azərbaycan Ermənistana  beynəlxalq hüquqa əsaslanan 5 baza prinsipi əsasında müqavilə bağlamaq təklifi də mülayim ritorika ilə qarşılansa da sonradan sanki hansısa qüvvələrin göstərişi ilə o mövqeyindən geri çəkildi.Təbii ki,burada böyük dövlətlərin imperiya maraqlarını da nəzərdən qaçırmaq olmaz.Bu dövlətlər Roma imperiyasından qalma ” Parçala və hökmranlıq et “ siyasətlərini bu gün də davam etdirməkdədirlər. Bu dövlətlər üçün Azərbaycan Ermənistan danışiqlarında sülh müqaviləsinin imzalanması ümumiyyətlə gündəlikdə yoxdur. Nəticədə onların xeyir duası ilə Prezidentin dediyi kimi bu gün “Ermənistanda revanşist qüvvələr baş  qaldırır.Ermənistan 10 noyabr sazişinə əməl etmir. Silahlı qüvvələrini Qarabağdan çıxarmır,Zəngəzur dəhlizini bizə təqdim etmir”Görünən həm də odur ki, Zəngəzur məsələsində Azərbaycanın mövqeyi qəti və kəskindir. Belə ki,Laçın dəhlizi Azərbaycan ərazisi olmasına rəğmən ermənilər üçün açıqdırsa ,hansı səbəbdən Naxçıvanla Azərbaycanın digər əraziləri arasında belə əlaqə olmasın. Əks təqdirdə fikrimcə Azərbaycan daha qətiyyətli mövqe nümayiş  etdirməli,laçın dəhlizinə nəzarəti öz üzərinə götürməli, sərhəddə mövqeyini daha da irəli çəkməli,birtərəfli qaydada sərhədini delimitasiya etməlidir. Təbii ki.bu zaman bizim istinad edəcəyimiz öz xəritələrimiz əsas götürülməlidir.Ancaq biz sülhpərvər xalqıq.Bu  mövqeyimizdən  də geri çəkilmirik və paralel olaraq ermnilərə xəbərdarlıq edərək onları odla oynamamağa çağırırıq.

Şahbaba Rəsulov,
Heydər Əliyev adına liseyin tarix müəllimi