13 noyabr 2022 01:47
596

“Bavariya” və “Bayer”dən qələbə

Almaniya Bundesliqasında 15-ci tur davam edir.

“İki sahil” xəbər verir ki, xəbər verir ki, ikinci oyun günündə 6 matç keçirilib. 

Son çempion "Bavariya" bu tur "Şalke"nin qonağı olub. Görüş münhenlilərin qələbəsiylə başa çatıb.

Qeyd edək ki, "Bavariya" turnir cədvəlində 34 xalla 1-ci, "Leyptsiq" 28 xalla 2-ci, "Volfsburq" 23 xalla 7-ci, "Verder" 21 xalla 9-cu, "Hoffenhaym" 18 xalla 10-cu, eyni xalı olan "Bayer" 10-cu, "Köln" 17 xalla 13-cü, "Auqsburq" 15 xalla 14-cü, "Herta" 14 xalla 15-ci, "Ştutqart" eyni xalla 16-cı, "Bohum" 13 xalla 17-ci, "Şalke" 9 xalla 18-cidir. 

Almaniya Bundesliqası, 15-ci tur
12 noyabr

"Auqsburq" - "Bohum" - 0:1
Qol: Antvi-Adje, 58

"Bayer" - "Ştutqart" - 2:0
Qollar: M.Diabi, 30, C.Tah, 82

"Herta" - "Köln" - 2:0
Qollar: V.Kanqa, 9, M.Riçer, 54

"Hoffenhaym" - "Volfsburq" - 1:2
Qollar: K.Baumqartner, 42 - O.Kabak, 45+4 (avtoqol), R.Baku, 56

"Verder" - "Leyptsiq" - 1:2
Qollar: K.Qross, 57 - A.Silva, 13, X.Şlaqer, 71

"Şalke" - "Bavariya" - 0:2
Qollar: S.Qnabri, 38, E.Şupo-Motinq, 52