12 noyabr 2022 21:12
548

"Napoli"dən ardıcıl 11-ci qələbə

"Napoli" İtaliya A seriyasında 15-ci tur oyununa çıxıb.

"İki sahil" xəbər verir ki, komanda "Udineze"ni qəbul edib və 3:2 hesabı ilə qalib gəlib. Bu, komandanın ölkə çempionatında ardıcıl 11-ci qələbəsi olub.

"Napoli" - "Udineze" - 3:2
Qollar: Osimhen, 15, Zelinski, 31, Elmas, 58 - Nestorovski, 79, Samardjiç, 82

Bu qələbə xalını 41-ə çatdıran (15 oyun) "Napoli" turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. "Latsio" 30 xalla (14 oyun) 2-ci, "Milan" 30 xalla (14 oyun) 3-cüdür.