12 noyabr 2022 08:33
575

Novak Cokoviç: Özümü formada hiss edirəm

Dünyanın bir nömrəli tennisçisi Novak Cokoviç Peşəkar Tennisçilər Assosiasiyasının (ATP) turnirində iştirakı ilə bağlı gözləntilərini açıqlayıb.

“İki sahil” xəbər verir ki, serbiyalı raket ustası Turindəki qələbəni mövsümün ideal yekunu kimi dəyərləndirib.

“Bu qələbə ilə mövsümə ideal yekun vuruldu. Amma qarşıda məni uzun yol, çətin həftə gözləyir. Dünyanın ən yaxşı tennisçiləri ilə oynamaq lazım gələcək. Turnirdə hər idmançı ilə azı bir oyun oynanılacaq. Bunu səbirsizliklə gözləyirəm, çünki bu formatda çox oynamışam və ümid edirəm ki, təcrübəm köməyimə gələcək.

Düzdür, digərləri kimi gənc deyiləm, amma hazırda özümü formada hiss edirəm”, - deyə Novak Cokoviç bildirib.

Qeyd edək ki, serbiyalı idmançı tennis dünyasının məşhur simaları olan Rafael Nadal və Rocer Federerdən sonra ən güclülərdən sayılır.