Noyabrın 10-da İkinci Qarabağ müharibəsinə son qoyan üçtərəfli bəyanatın imzalanmasının iki ili tamam olur. 10 noyabr Bəyanatının imzalanması ümumxalq birliyinin bariz nümunəsidir. Həmrəylik bizim ən böyük sərvətimizdir və dəyərimizdir. Ali Baş Komandan İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur olmuşdur. Azərbaycan Ordusunun parlaq qələbəsi nəticəsində imzalanan bəyanat Azərbaycanın maraqlarına cavab verir. Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri arasında imzalanmış bəyanatla Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı. Ordumuzun döyüş meydanında qazandığı qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Belə ki, Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail olub. Bu Bəyanat eyni zamanda Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsini rəsmiləşdirdi.
Münaqişə artıq başa çatıb və torpaqlarımız artıq işğaldan azad olunmuşdur. Xalqımız, Rəşadətli ordumuzla və Müzəffər Ali Baş Komandanla birgə, Şanlı Zəfərin ikinci ildönümünü qeyd edir. Xalqımız və ölkəmiz var olduqca bu qələbənin səbəbkarları sayılıb, seviləcəkdir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Ordumuz və Ali Baş Komandanın dəmir yumruğu və iradəsi Ermənistanın kapitulyasiya aktına imza atmasına səbəb oldu. Rəşadətli ordumuz ərazimizi bərpa edərək BMT-nin dörd qətnaməsini yerinə yetirmişdir.
Bu gün dünyanın ədalət yanaşmasına baxsaq belə çıxır öz məsələmizi özümüz həll etməsə idik, torpaqlarımızın işğalı davam edəcəkdi. Bəyanatın imzalanmasından ötən iki il ərzində regionda önəmli proseslər baş verib. Belə ki, iki qardaş ölkə olan Azərbaycanla Türkiyə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoyan 2021-ci il iyunun 15-də Şuşa Bəyannaməsi imzalanıb. Eləcə də, Böyük Qayıdış strategiyası icra olunmağa başlandı. Ötən iki il ərzində işğaldan azad olunan rayonlarımızda yenidənqurma işlərinə başlanılıb. Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Əsas məsələ olan status məsələsi ümumiyyətlə gündəmdən bir dəfəlik çıxarılmışdır. Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün bütün imkanlar səfərbər olunub. İrimiqyaslı infrastruktur layihələr uğurla icra olunur.
Ayaz Cəbrayılov,
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası