11 noyabr 2022 13:45
493

“Qarabağ” dünya reytinqində 8 pillə irəliləyib

Klubların dünya sıralaması müəyyənləşib.

“İki sahil” xəbər verir ki,  IFFHS-in açıqladığı reytinqdə Azərbaycanın yenə bir klubu yer alır.

301 klubun qərarlaşdığı cədvəldə ölkəmizi yalnız “Qarabağ” təmsil edir. Ötən ay 91-ci pillədə qərarlaşan Ağdam klubu bu dəfə 8 addım irəliləyib. Azərbaycan çempionu 83-cü yerə qədər yüksəlib. Qurban Qurbanovun kollektivinin aktivində 143,5 xal var.