11 noyabr 2022 11:56
490

Ronaldo "Aston Villa" ilə oyunu niyə buraxıb?

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldonun ötən gecə İngiltərə Liqa Kubokunun 1/16 finalında "Aston Villa" ilə matçı buraxmasının səbəbi məlum olub.

“İki sahil” xəbər verir ki, 37 yaşlı hücumçu xəstə olduğu üçün görüşdə iştirak etməyib. Ceydon Sanço da eyni səbəbdən oyunu buraxıb.

Qeyd edək ki, "Mançester Yunayted" sözügedən matçda 4:2 hesabı ilə qalib gələrək 1/8 finala adlayıb.