"Milan" futbolçusu Pyer Kalulu ilə müqaviləni uzadıb.
“İki sahil” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı müdafiəçi ilə 2027-ci ilin 30 iyununadək sözləşmə imzalanıb.
Qeyd edək ki, Kalulu 2020-ci ilin yayında "Lion"dan "Milan"a keçib. O, bu mövsüm 14 matç keçirib.