11 noyabr 2022 09:18
407

Mahir Emrelinin "Dinamo"dakı taleyi xorvatiyalı hücumçudan asılıdır

Azərbaycan millisinin futbolçusu Mahir Emreli qış transfer dönəmindən sonra Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda qala bilər.

“İki sahil” xəbər verir ki, ölkə çempionu mundialdan sonra xorvatiyalı Bruno Petkoviçi satsa, Emreli və digər forvard Yosip Drmiçi komandada saxlayacaq.

Bundan əlavə, "Lokomotiva"da icarədə olan Sandro Kulenoviç də geri qaytarılacaq.

Baş məşqçi Ante Çaçiç heyətdə böyük dəyişikliklər etməyi düşünmür.

Qeyd edək ki, Mahir Emreli bu ilin yayında “Dinamo” ilə 4,5 illik müqavilə imzalayıb. Son vaxtlar əsas heyətə düşməkdə çətinlik çəkən hücumçunun qışda komandanı tərk edəcəyi gözlənilirdi.