2020-ci il noyabr ayının 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşdən sonra Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri birgə Bəyanat imzalamaqla 44 günlük Vətən müharibəsinin başa çatmasını və Ermənistanın bu müharibədə məğlubiyyətini rəsmiləşdirdilər. Bəyanat Azərbaycanın Ermənistan üzərində şərtsiz hərbi üstünlüyünü təsdiq etdi. Azərbaycanın əldə etdiyi qələbə və apardığı hərbi əməliyyatlar həm texniki imkanlar, həm operativ addımlar, həm də əməliyyatların hazırlanması və icra edilməsi baxımından bir çox dünya ölkələri tərəfindən öyrənilməyə başlanılmışdır. Ordumuz hərb tarixinə yenilik kimi düşən hərbi strategiyanı tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşmənin bütün hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu.
Prezident, Ali Baş Komandan İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur oldu. Qısa müddətdə Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı. Bəyanatda Qarabağa heç bir status verilmədi. 132 km uzunluğunda Azərbaycan-İran Dövlət sərhəddi bərpa edildi. Artıq bu gün Dövlət Sərhəd Xidməti Azərbaycanın bütün sərhədlərində Vətənin keşiyini çəkir.
Azərbaycan xalqı 44 günlük müharibədə böyük birlik və həmrəylik nümayiş etdirərək, öz Ordusunun və Ali baş Komandanının ətrafında six birləşərək bütün dünyaya Azərbaycan xalqının əzmini və gücünü nümayiş etdirdi.Bu müharibədə düşmən ordusu darmadağın edildi.Azərbaycan döyüş meydanında qazandığı böyük qələbəni siyasi müstəviyə də daşıya bildi. 44 günlük “Vətən Müharibəsi ”Azərbaycan tarixinə ən şanlı səhifə kimi yazıldı. Bu 44 günlük müharibə müddətində və müharibədən sonrakı dövrdə bizim ən böyük dəstəkçimiz qardaş ölkə Türkiyə oldu. Azərbaycan-Türkiyə birliyi hədəflərə yüksək səviyyədə nail olmaq gücündədir. Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları da birliyin təqdimatıdır. Azərbaycan-Türkiyə müttəfiqliyini, qardaşlığını, bir-birinə verdiyi güclü dəstəyi dünya təkcə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TANAP və TAP kimi böyük iqtisadi layihələrin reallaşması, Vətən müharibəsi zamanı görməyib. İki qardaş dövlətin birliyi və müttəfiqliyi tarix boyu hər bir dövrdə, bütün məsələlərdə hiss olunub və hər iki ölkə mənəvi, siyasi və digər baxımdan bir-birini daim dəstəkləyib. Rəsmi Ankara daim ən yüksək tribunalardan Ermənistanın işğalçılıq siyasətindən bəhs edərək dünyaya ədalətin bərpası, ikili siyasətə son qoyulması ilə bağlı çağırışlar etdi.
Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası