10 noyabr 2022 11:04
428

Pike "Barselona"nın prezidenti olacaq?

Bu yaxınlarda peşəkar karyerasını başa vurduğunu elan edən "Barselona"nın sabiq müdafiəçisi Jerar Pike Kataloniya klubunun prezidentliyi uğrunda mübarizəsindən danışıb.

"İki sahil"ə "Barca Universal"a istinadən xəbər verir ki, o deyib: “Mən “Barselona”nın prezidenti olacağam? Bu barədə hələ düşünmürəm. Hal-hazırda görməli olduğum bir çox başqa işlərim var. Ancaq həyatımın klubuna bacardığım qədər kömək etmək istərdim".

Qeyd edək ki, hazırda "Barselona"nın prezidenti Joan Laportadır. Klubda növbəti seçkilər 2025-ci ildə keçiriləcək.