Konstitusiya quruluşunun tarixində önəmli fakt. Konstitusiya dövlətin ali qanunudur. Ali hüquqi qüvvəyə malikdir. Dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərin əsaslarını özündə formalaşdırı. İnsanların hüquq və azadlıqlarını elan edir və zəmanət verir. Dövlətin və xalqın idarə olunması, dövlət və xalq arasında yaranmış münasibətləri tənzimləmək üçün konstitusiyanın qəbul olunması ən əsas amillərdən biridir. "Konstitusiya" sözündən ilk dəfə Qədim Romada imperator hakimiyyətinin ayrı-ayrı aktlarının vahid halda birləşmiş adını ifadə etmək məqsədilə istifadə olunmuşdur. Bu söz həmin dövrdə dövlətin təməl quruluşunu deyil, imperatorun xüsusi fəaliyyətini, əmrlərini ifadə etmək mənasında işlədilmişdir. Dünyada ilk konstitusiya 1787-ci ildə ABŞ-da qəbul olunmuşdur.
Konstitusiyanın xüsusiyyətləri kimi müəyyən edilib:
1) Konstitusiya хalq tərəfindən qəbul edilir. Azərbaycan Konstitusiyası rеfеrеndum yolu ilə Azərbaycan хalqı tərəfindən qəbul olunmuşdur.
2) Konstitusiya təsisedici xarakterə malik olub konstitusion nizamasalma predmetinin hərtərəfliliyi ilə fərqlənir. O, şəxsiyyət, cəmiyyət və dövlət arasındakı əsas əlaqələrin özəyini təşkil edir. Konstitusiya çox geniş və mürəkkəb olan sosial-siyasi sistemin əsaslarını müəyyənləşdirir. Onun bir norması bəzən bir neçə sahə üçün çıxış nöqtəsi rolunu oynayır. Məsələn, mülkiyyət hüququ mülki hüquq sahəsinin, əmək hüququ əmək hüquq sahəsinin çıxış nöqtəsini təşkil edir.
3) Konstitusiya bütün hüquq sistеminin başlanğıcı kimi hüququn əsas mənbəyidir. Cari qanunvеricilik Konstitusiyaya əsaslanır və cari qanunvеricilikdə Konstitusiya müddəaları əsas götürülür.
4) Konstitusiya yüksək hüquqi qüvvəyə malik olan Əsas Qanundur. Konstitusiyanın aliliyi onda təzahür еdir ki, bütün qanunlar və dövlət orqanlarının digər aktları onun əsasında və ona uyğun olaraq qəbul еdilir. Konstitusiyanın müddəalarının pozulmazlığının təmin olunması üçün ciddi qaydaları özündə ehtiva edən xüsusi rejim vardır. Konstitusiyanın aliliyinin təmin olunması üçün xüsusi olaraq yaradılan konstitusion orqan – Konstitusiya Məhkəməsi bütün qanunvericilik sisteminin, konstitusiya hüquq münasibətlərinin subyektlərinin fəaliyyətinin konstitusiyaya uyğunluğuna nəzarət edir.
1991-ci ildə 18 oktyabr tarixində Azərbaycan Respublikası öz müstəqiliyini bərpa etdi. Bunun nəticəsində də 1994-cü ildə Ümummilli lider Heydər Əliyev sədrliyi ilə Konstitusiya komissiyası fəaliyyətə başladı və layihə 1995-ci ildə ümumxalq müzakirəsinə verildi. 1995 12 noyabr tarixində müstəqil Azərbaycan Respublikasının konstitusiyası qəbul olundu. Konstitusiyamız 5 bölmə, 12 fəsil və 158 maddədən ibarətdir.
Azərbaycan Respublikası Konstitusiyası Azərbaycanı — respublika idarəetmə formasına malik, unitar, demokratik, hüquqi, dünyəvi dövlət kimi müəyyən edir.
Konstitusiyamız aşağıdakı hissələrdən ibarətdir:
1. Başlanğıc – preambula;
2. Ümumi müddəalar – əsas prinsiplər;
3. Dövlətin əsas orqanları; a) qanunverici, b) icraedici, c) məhkəmə.
4. Digər maddələr;
5. Konstitusiyanın dəyişdirilməsi və ona əlavələr edilməsi;
6. Keçid müddəalar.
1996-cı il fevralın 6-da Ümummilli lider Heydər Əliyev sərəncamı ilə noyabrın 12-i Konstitusiya günü elan edildi. Azərbaycanda 12 noyabr Azərbaycan Respublikasının Konstitusiya Günü kimi qeyd olunur. Azərbaycan Respublikası bu tarixi günü qeyd edir, gəncləri, təhsilalanları konstitusiyamızın öyrədilməsini məqsədilə müvafiq zəruri tədbirlər görür.
Cavid Əliyev,
Bakı şəhəri, 86 №-li tam orta məktəbin direktoru
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası