08 noyabr 2022 00:25
438

Slovakiya – Almaniya matçı hakimlərimizə tapşırıldı

Futzal üzrə FIFA referiləri Hikmət Qafarlı, Knyaz Əmiraslanov və Əli Cəbrayılovdan ibarət hakimlər briqadası beynəlxalq təyinat alıb.

“İki sahil” AFFA-ya istinadən xəbər verir ki, hakimlərimiz DÇ-2024-ün əsas mərhələsinin 12-ci qrupunda keçiriləcək Slovakiya – Almaniya qarşılaşmasını idarə edəcək.

Matç noyabrın 9-da Slovakiyanın Levice şəhərində baş tutacaq.

Qarşılaşmanın birinci hakimi H.Qafarlı, ikinci hakimi K.Əmiraslanov, üçüncü hakimi Ə.Cəbrayılov olacaq.