07 noyabr 2022 13:09
375

"Azəriqaz”ın borularını oğurlayan şəxs tutulub

"Azəriqaz” İstehsalat Birliyinə (İB) məxsus 2 000 manat dəyərində dəmir borularını oğurlayan şəxs tutulub.

“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Qeyd edilib ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə Ə.Qayıbov küçəsindən “Azəriqaz” İB-yə məxsus 2 000 manat dəyərində dəmir boruların oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Masallı rayon sakini Zaur İmamquliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.