07 noyabr 2022 11:50
375

Türkiyə klubu rusiyalı futbolçunun müqaviləsini ləğv edib

Türkiyənin "Adana Demirspor" klubu Rusiya millisinin futbolçusu Artyom Dzyuba ilə yollarını ayırıb.

“İki sahil” xəbər verir ki, 34 yaşlı hücumçunun müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

Qeyd edək ki, Artyom Dzyuba avqustda Adana təmsilçisi ilə 1+1 illik müqavilə imzalamışdı. Forvard komandanın heyətində meydana çıxdığı 5 qarşılaşmada 1 qolla yadda qalıb.