07 noyabr 2022 03:06
471

Qurban Qurbanov: Ramil dedi ki, penaltini Musa vursun

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Ağdam təmsilçisində çıxış edən oğlu Musa Qurbanlının Misli Premyer Liqasının 13-cü turunda evdə "Kəpəz"ə qarşı matçda (3:1) qaçırdığı penalti epizodu ilə bağlı da fikirlərini bildirib.

“İki sahil” xəbər verir ki, o, oyundan sonra keçirilən mətbuat konfransında  deyib: "Bombardirlik yarışında heç vaxt intizamdan kənara çıxmamışam. Dəfələrlə olub ki, kimsə penalti vurmaq istəyib, amma əsas penalti vuran vurub. Ramil Şeydayev məni aldatdı, oturduğu yerdən dedi ki, Musa vursun. Bir az nizam-intizamdan kənara çıxdıq. Vuranda da çox şey fikirləşmədim. Birinci və axırıncı oldu. Nizam-intizamdan kənara çıxmaq olmaz".

Qeyd edək ki, görüşün 88-ci dəqiqəsində M.Qurbanlı penaltidən yararlana bilməyib. Onun zərbəsini qapıçı Orxan Sadıqlı dəf edib.

Xatırladaq ki, Misli Premyer Liqasının bombardirlər siyahısında R.Şeydayev və M.Qurbanlı hərəyə 11 qolla liderdirlər.