07 noyabr 2022 02:02
471

Mahirin komandasından böyükhesablı qələbə

Xorvatiya çempionatında 16-cı turun oyunları keçirilib. 

“İki sahil” xəbər verir ki, millimizin Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su bu turda doğma meydanda “Şibenik”lə qarşılaşıb və 3:0 hesabı ilə qalib gəlib.

Emreli bu görüşdə iştirak etməyib. O, sonadək ehtiyatda qalıb.

Qeyd edək ki, “Dinamo” 16 turdan sonra 38 xalla 1-ci qərarlaşıb.