06 noyabr 2022 22:28
879

Şahruddin heyətdə niyə yoxdur?

"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədliyev Misli Premyer Liqasının 13-cü turunda hazırda "Kəpəz"lə keçirilən görüşdə heyətdə yer almayıb.

Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin "İki sahil"ə verdiyi məlumata görə, futbolçunun zədəsi yoxdur. O qeyd edib ki, görünür, baş məşqçi Qurban Qurbanov Məhəmmədəliyevə istirahət verib.

Qeyd edək ki, "Qarabağ"ın start heyətində gürcüstanlı qapıçı Luka Quqeşaşvili meydana çıxıb. Ehtiyatda isə 19 yaşlı Amin Ramazanov var.