Xalqla ordunun birliyi, həm xalqın qüdrətini artırır, həm də ordunu daha qüvvətli edir.
Heydər Əliyev,
Ümummilli LiderHeydər Əliyev
44 günlük vətən müharibəsi şanlı tariximizdir, şəhidlərin məzarları əbədi ziyarətgahımız, qazilərimiz iftixarla anılan qürur mənbəyimizdir!
Aldığımız hər nəfəs, şəhidlərimizin verdiyi son nəfəsə borcludur! Bu yolda canlarını vətən yolunda fəda etmiş cəmi bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik, onların ruhları şad, məkanları cənnət olsun! Qazilərimizə də bir ömür boyu minnətdarlıq hissi ilə onlara olan borcumuzu ifadə edir, şəfalı həyat və can sağlığı arzulayırıq!
Şəhidlər ölmür, onlar unudulmadıqca yaşayırlar. Əslində şəhidlər elə diridir və xatırlandıqca biz də ruhən dirilirik! Şəhidlərimizi yalnız bir dəqiqə ilə “Anım Günü”ndə deyil, onları bir ömür anmalıyıq! Həm də onların doğum günləri var, ölüm günləri isə əsla! Odur ki, hər bir can kayıbı, bir evin çırağını söndürdüsə, sonda günəştək doğub məmləkətin azadlıq çırağını daha gur yandırdı …

Rəşadətli ordumuz düşməni torpaqlarımızdan qovub çıxardı, üçrəngli bayrağımız yenidən azad Qarabağda, azad Şuşada qürurla dalğalanmağa başladı:
“Qarabağım, gözəl Şuşam talan oldu,
Təbriz dərdi, Dərbənd dərdi yalan oldu.
Qalx ayağa, vətən oğlu, sən qisas al,
Qalib zəfər bayrağını zirvəyə çal.”
Bu yerdə şair deyib:
“Bayraqları bayraq edən üstündəki qandır.
Torpaq, əgər uğrunda ölən varsa Vətəndir.”
Müqəddəs kitablarda yazıldığı kimi: Əgər torpağı əkib-becərmədinsə, onu qorumağa dəyməz, qorumadınsa, onda da əkib-becərməyə dəyməz …
Bu müqəddəs vətən millətin evi, millət də vətənin ailəsidir. Vətən, həmçinin, bizi qoruyan ANA, bizlər də onun övladlarıyıq, vətənin azadlığı uğrunda canımız vətənə hər zaman fəda olsun! Azərbaycanın “Dəmir Yumruq” əməliyyatı dünyaya səs saldı.
Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir. Ərazi bütövlüyümüz əsasən təmin olundu, milli qürurumuz, mənəvi kimliyimiz özümüzə qayıtdı.
Sonda mərhum şairimiz
Tofiq Fikrətin təbirincə:
”Millət yoludur, haqq yoludur tutduğumuz yol;
Ey haqq, yaşa, ey sevgili millət, yaşa, var ol!
Birlikdə gücük!
Qarabağ Azərbaycandır!
Əflatun MƏMMƏDOV,
Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun l müavini,
İnternet və Yüksək Texnologiyalar üzrə ekspert
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası